“Sabah” yay transfer dövründə növbəti futbolçusunu heyətinə qatıb.
“Bayquşlar” İngiltərənin “Şeffild Yunayted” klubundan nigeriyalı cinah hücumçusu Kristian Nvaçukvunu transfer etdiyini açıqlayıb. 20 yaşlı futbolçu ilə 2028/29 mövsümünün sonunadək qüvvədə olacaq müqavilə imzalanıb.
Kristian Nvaçukvu karyerası ərzində Bolqarıstanın “Botev” (Plovdiv) və Türkiyənin “Serikspor” klublarının da formasını geyinib.