Çempionlar Liqasının birinci təsnifat mərhələsinə hazırlaşan “Sabah” Avstriyanın Tirol bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb. Valdas Dambrauskasın komandası Rumıniyanın “Universitatya” klubu ilə qarşılaşıb. Müsabiqə sülhlə başa çatıb – 1:1. İlk hissə rumınların üstünlüyü ilə yekunlaşsa da, ikinci yarıda “Sabah” cavab qolunu vurmağı bacarıb.
Hazırlıq planına uyğun olaraq, paytaxt təmsilçisi növbəti sınaq oyunlarında iyunun 28-də “Ferentsvaroş” (Macarıstan), iyulun 1-də isə “Polesye” (Ukrayna) ilə qüvvəsini sınayacaq.