Ronaldonun xanımı Corcina Jorje Jezuşu tənqid etdi, sonra paylaşımı sildi

05.10.26 | 00:23
Dünya futbolu

UEFA Millətlər Liqasında ard-arda üç qələbə qazanmasına baxmayaraq, Portuqaliya millisının düşərgəsində böhran dərinləşir. Kriştianu Ronaldu ilə komandanın baş məşqçisi Jorje Jezuş arasında yaşanan qalmaqala indi də ulduz futbolçunun həyat yoldaşı Corcina Rodriges qoşulub. 32 yaşlı model sosial şəbəkədə təcrübəli mütəxəssisi kəskin tənqid etdikdən qısa müddət sonra paylaşımını silmək məcburiyyətində qalıb.

Münaqişə 41 yaşlı hücumçunun Norveçlə matçda kənarda qalması və ardınca Danimarkaya qarşı da əsas heyətdə yer almayacağını öyrəndikdən sonra düşərgəni tərk etməsi ilə alovlanıb. Hazırda Portuqaliya futbol ictimaiyyəti iki cəbhəyə bölünüb: Ronaldu tərəfdarları və baş məşqçi Jorje Jezuşu müdafiə edənlər.

Gərginliyin pik həddə çatdığı bir məqamda müzakirələrə müdaxilə edən Corcina Rodriges “Instagram” hesabında qalmaqallı bir paylaşım edib. O, “Mançester Yunayted”in əfsanəvi keçmiş baş məşqçisi Ser Aleks Ferqyusonun adına yazılmış uydurma bir sitat paylaşıb. Əslində Ferqyusona aid olmayan həmin ifadədə belə deyilirdi: Ferqyusona aid olmayan həmin ifadədə isə sual daha sərt qoyulurdu: “Əgər Jorje Jezuş onu oynatmaq fikrində deyildisə, bəs milli komandaya çağırmağın nə mənası var idi?”.

Corcina saxta sitatla kifayətlənməyərək öz kəskin fikrini də fotoya əlavə edib. Baş məşqçinin soyadına (portuqal dilində “Jesuş” — İsa deməkdir) eyham vuran Rodriges belə yazıb: “Bu adamın İsa adını necə daşıya bildiyini anlamıram”.

Böyük rezonans doğuran bu paylaşım qısa müddət sonra hesablardan silinsə də, sosial şəbəkələrdə geniş müzakirələrə və Portuqaliya futbolunda gərginliyin daha da artmasına səbəb olub.

Paylaş:

Xəbər Lenti

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15