“Real”da Mbappe narazılığı artır: pərdəarxası gərginlik üzə çıxdı

09.10.26 | 14:55
Dünya futbolu

Kilian Mbappenin “Real”dakı davranışları klub daxilində narazılığa səbəb olub. Fransalı hücumçu zədədən sonra məşqlərə qayıtsa da, gecə klubuna getməsi və İsveçrədə velosiped sürməsi ətrafında yaranan müzakirələr səngimir.

“L’Équipe” nəşrinin məlumatına görə, klub daxilində Mbappenin şəxsi maraqlarını komandanın mənafeyindən üstün tutduğu qənaəti güclənir. Fransa millisinin üzvünün “Qızıl top” uğrunda mübarizəyə həddindən artıq diqqət ayırması da narazılıq doğuran məqamlardan biri kimi göstərilir.

İspaniya mətbuatının yazdığına görə, dizindən zədə alan Mbappenin bərpa prosesi klubla məsləhətləşmələr əsasında aparılıb. Bununla belə, onun Parisə səfərinin klub rəhbərliyinin icazəsi ilə olub-olmadığı məlum deyil.

“L’Équipe”yə danışan klubdaxili mənbə futbolçunun “Real”ın iş prinsiplərini və davranış qaydalarını hələ də tam anlamadığını bildirib. “Cadena SER” jurnalisti Anton Meana isə komandanın paltardəyişmə otağındakı soyuq münasibətin son aylarda dəyişmədiyini deyib.

Bütün bunlara baxmayaraq, Mbappe komandanın əsas qol silahı olaraq qalır. O, cari mövsüm bütün turnirlərdə 8 qol vurub, bunların 7-si La Liqada qeydə alınıb. Fransalının şənbə günü “Vilyarreal”la oyunda meydana çıxıb-çıxmayacağı hələ dəqiq deyil.

Paylaş:

Xəbər Lenti

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15