Mayın 9-10-u aralığında Rumıniyanın paytaxtı Buxarestdə rapid üzrə Qran-pri turniri təşkil olunacaq. İsveçrə sistemi üzrə keçiriləcək və 10 turdan ibarət olacaq yarışda ölkəmizi Rauf Məmmədov və Aydın Süleymanlı təmsil edəcəklər.
Qeyd edək ki, nüfuzlu turnirdə ümumilikdə 548 şahmatçının iştirakı gözlənilir.