“Sabah”ın Çempionlar Liqasının pley-offundakı rəqibi “Hapoel Beer-Şeva”nın baş məşqçisi Ran Kojux təmsilçimizi ciddi şəkildə təhlil etdiklərini bildirib. Mətbuat konfransında çıxış edən mütəxəssis Bakı klubunun hücum xəttindəki təhlükəli tərəflərinə diqqət çəkib.
İsrailli mütəxəssis təşkil olunan mətbuat konfransında qarşıdakı oyunun əhəmiyyətini vurğulayıb: “Mənim üçün bir məşqçi kimi, eləcə də klub üçün pley-off matçı şübhəsiz ki, çox vacib məqamdır. Nəticədə ‘Sabah’la oyun yeni rəqiblə qarşılaşmadır və biz bu matça da digər oyunlar kimi hazırlaşırıq”.
Rəqibin oyun üslubunu təhlil edən Kojux “Sabah”ın güclü tərəflərinə diqqət çəkib: “’Sabah”ın oyunlarının videoşeritlərinə baxarkən çox keyfiyyətli və sürətli komanda gördüm. Onlar kəsərli ötürmələrlə və standart vəziyyətlərlə rəqibi cəzalandırmağı bacarırlar. Yaxşı hazırlaşmış, təşkilatlanmış bir kollektivlə qarşılaşacağıq”.