“Zirə” sabiq futbolçusu Rafael Utsiqi geri qaytarmağı planlaşdırır. Ötən yay Vyetnamın “Xoşimin Siti Polis” klubuna icarəyə verilən və hazırda azad agent olan 29 yaşlı braziliyalı hücumçunun paytaxt təmsilçisinə qayıtmaq ehtimalı var. Xatırladaq ki, Utsiq 2024-cü ilin əvvəlindən “qartallar”ın heyətində çıxış edib.