Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” və “İmişli” komandaları yoxlama oyununda üz-üzə gəlib.
Qəbələdə keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Kərim Rossi fərqlənib, digər qol isə avtoqol olub. “İmişli”nin qollarını Juninyo və Dioqu Kardozo imza atıb.
“İmişli” bundan əvvəl keçirdiyi yoxlama görüşlərində “Şəfa” (2:2), “Araz-Naxçıvan” (2:2) və “Karvan” (1:1) ilə heç-heçə edib. “Qəbələ” isə “Kəpəz”i (2:1) məğlub edib, “Sumqayıt” (1:1) və “Şəfa” (1:1) ilə sülhələ ayrılıb.