Qvardiola – 1000!

17.11.25 | 08:02
Dünya futbolu

Milli komandaların seçmə oyunlarının fonunda bir əlamətdar hadisə diqqətdən kənarda qaldı. Noyabrın 9-da “Mançester Siti”nin “Liverpul”la oyun Xosep Qvardiola üçün tarixi matç idi. Belə ki, bu qarşılaşma “Barselona”nın sabiq kapitanının məşqçilik karyerasında 1000-ci oyun idi! Bu səbədən  möhtəşəm məşqşinin 2000-ci illərin ortalarından başlayan səyahətinə nəzər salmaq maraqlı olardı. 2007-ci ilin iyununda “Barselona”nın ikinci komandası 36 yaşlı Qvardiolaya tapşırıldı. Ötənlərin məhşur futbolçusu dərhal nəticə əldə etdi və komanda yüksəlişə nail oldu. 2008-ci ilin mayında “Barsa”nın prezidenti Joan Laporta gözlənilmədən növbəti mövsümdə komandaya Qvardiolanın rəhbərlik edəcəyini açıqladı. Yəqin ki, o zaman bu təyinatın sözün əsli mənasında tarixi bir hadisə olacağı kimsənin ağlına gəlmirdi. Sonradan Qvardiola adını klub tarixinə ən uğurlu məşqçi kimi yazacaq və “Barselona” onun dönəmində 14 kubok, o cümlədən iki Çempionlar Liqası qazanacaq. 2012-ci ildə yorulduğunu səbəb kimi göstərən məşqçi kataloniyalılardan ayrılaraq istirahətə çıxır. Futbol üçun darıxan Qvardiola 6 ay dincəldikdən sonra  işləməyə hazır olduğunu bəyan edir və dərhal “Bavariya”nın təklifini qəbul edərək, yeni zirvələr fəth etmək üçün Almaniyaya üz tutur. Üç il Münhendə çalışan və bu müddətdə yeddi titul qazanan Qvardiola 2016-cı ilin yayında oranı tərk edərək Dumanlı Albiona yollanır. O vaxtdan bu günə kimi davam edən yeni və inanılmaz bir hekayə başladır. Təxminən on ildir ki, ispaniyalı mütəxəssis “Mançester Siti”nin uğurları üçün tər tökür. “Şəhərlilər” onunla 18 kubok qazansalar da, yalnız bir dəfə Çempionlar Liqasını qalibi ola biliblər. 1000-ci oyun isə ona adının Aleks Ferqyuson, Arsen Venger, Mirça Luçesku və digər nüfuzlu məşqçilərlə yanaşı çəkilməsinə imkan verdi.

Qvardiolanın oyunlarının sayı

(o/q/h/m)
1000 716 156 128

Qvardiola ən çox oyunu “Mançester Siti”nin sükanı arxasında keçirib – 550.

klub   oyun (q/h/m)
Barselona-2 42 – 28/9/5
Barselona 247 – 179/47/21
Bavariya 161 – 121/21/19
Mançester Siti 550 – 388/79/83

Qvardiolanın oyunlarını turnirlər üzrə bölsək ən çox İngiltərə Premyer Liqasının payına düşəcək. Maraqlıdır ki, Çempionlar Liqası ikinci, La Liqa isə yalnız üçüncü yerdədir. Yeri gəlmişkən, Qvardiola məşqçilik kareyarasında iştirakçısı olduğu turnirlərdən yalnız birini qazana bilməyib. Söhbət Almaniya superkubokundan gedir, ispaniyalı mütəxəssisin komandası üç dəfə həlledici oyuna çıxıb və hamısında uduzub: ikisində Dortmund “Borussiya”sına, birində isə “Volfsburqa”.

turnir oyun (q/h/m)
İngiltərə Premyer Liqası 353 – 253/50/50
La Liqa 152 – 116/25/11
Bundesliqa 102 – 82/11/9
ÇL-in seçmə mərhələsi 4 – 3/0/1
ÇL-in əsas mərhələsi 185 – 115/38/32
FIFA Klublararası Dünya Kuboku 12 – 11/0/1
UEFA Super Kuboku 4 – 3/0/1
FA Kuboku 48 – 40/1/7
İngiltərə Liqa Kuboku 38 – 29/0/6
İspaniya Kuboku 31 – 22/6/3
Almaniya Kuboku 17 – 16/0/1
İngiltərə Superkuboku 6 – 3/0/3
İspaniya Superkuboku 6 – 4/1/1
Almaniya Superkuboku 3 – 0/0/3

Bütün bu oyunların yekununda Qvardiola məşqçi karyerasında ümumilikdə 39 kubok qazanıb. Ən çox uğura isə “Mançester Siti”də imza atıb. Buna təəccüblənməyə dəyməz. Axı, digər klublarda o qədər uzun müddət qalmayıb.

klub kubok
Barselona 14
Bavariya 7
Mançester Siti 18

Turnirlər üzrə qazanılan kubokların say isə belədir.

Turnirlər Kuboklar
İngiltərə Premyer Liqası 6
La Liqa 3
Bundesliqa 3
Çempionlar Liqası 3
UEFA Super Kuboku 4
Klublararası Dünya Kuboku 4
İngiltərə Kuboku 2
İspaniya Kuboku 2
Almaniya Kuboku 2
İngiltərə Liqa Kuboku 4
İngiltərə Superkuboku 3
İspaniya Superkuboku 3

Qvardiolanı sevə, Qvardiolaya nifrət edə bilərsiniz, ancaq ona laqeyd qalacaq kimsə demək olar ki, yoxdur. O, bəzilərinin pərəstiş etdiyi, bəzilərinin isə sadəcə dözmədiyi “Real” və “Barselona”ya bənzəyir. Buna baxmayaraq, fakt faktlığında qalır. Qvardiola nəinki futbol tarixinin ən böyük məşqçilərindən biridir, o futbolun gedişatını, mahiyyətini və fəlsəfəsini dəyişən azsaylı mütəxəssislərdəndir.

Qeyd: Transfermarkt-ə istinad edilib

Paylaş:

Xəbər Lenti

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28