Qurban Berdiyevdən “limitsiz” inqilab: “Azərbaycanda çox istedad var, sadəcə…”

26.05.26 | 19:20
Ölkə futbolu

“Turan-Tovuz”un baş məşqçisi Qurban Berdiyev “Cappuccino & Catenaccio Show” YouTube kanalına müsahibəsində Azərbaycan futbolunun inkişafı, gənc istedadlar və Premyer Liqada legioner limitinin ləğvi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Təcrübəli mütəxəssis ölkəmizdə gənc futbolçuların potensialını yüksək qiymətləndirib: “Azərbaycan çempionatının əvəzedicilər liqasındakı bütün oyunları izləyirəm. Burada həqiqətən çox sayda istedadlı gənc var. Sadəcə, onların itib-batmaması üçün düzgün bir sistem formalaşdırmaq lazımdır”.

Legioner limitinin ləğvi ilə bağlı mövqeyini açıq şəkildə bildirən Berdiyev, bu qərarın çempionatın səviyyəsinə müsbət təsir etdiyini vurğulayıb: “Mən limitin tam əleyhinəyəm. Azərbaycanda limit aradan qaldırıldıqdan sonra səviyyə nəzərəçarpacaq dərəcədə yüksəldi. İndi autsayderlər belə liderlərdən xal ala bilir. Bu isə rəqabəti kəskinləşdirib. Yerli oyunçularımız indi daha çox əziyyət çəkməli olurlar – bu, bizim komandaya da aiddir. Əvvəllər heyətdəki yerləri qarant idi, indi isə forma şansı qazanmaq üçün meydanda “tər tökmək” məcburiyyətindədirlər. Hətta deyərdim ki, hazırda göstərdikləri əzmkar oyun sayəsində milli komandaya düşən futbolçularımız var. Əgər keçən ilki sistem davam etsəydi, onlar bu səviyyəyə çata bilməzdilər. Rahatlıq bitib, indi sadəcə zəhmət çəkmək lazımdır”.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24