2001-ci ildə «Qızıl top» mükafatını qazanan əfsanəvi futbolçu Maykl Ouen 2026-cı ilin əsas fərdi mükafatı uğrunda rəqabəti dəyərləndirib. Get French Football News nəşrinə müsahibəsində keçmiş hücumçu Kilian Mbappe, Usman Dembele və Xviça Kvaratsxeliyanın şanslarını müqayisə edib.
Ouen müasir dövrdə sosial şəbəkələrin təsiri ilə mükafat ətrafında böyük hay-küy yaşandığını vurğulayıb: «Mənim oynadığım illərdə belə geniş təbliğat kampaniyaları aparılmırdı. “Qızıl top” elə bir mükafatdır ki, burada həm fərdi göstəricilər, həm də komandanın uğurları üst-üstə düşməlidir. Mbappeyə gəldikdə, onun şansı kifayət qədər yüksəkdir. La Liqanın və Dünya Çempionatının bombardiri olan bir futbolçu mütləq iddialılar sırasında olmalıdır. Lakin onun zərərinə işləyən məqam DÇ ilində böyük bir titula – nə La Liqaya, nə də Çempionlar Liqasına sahib çıxa bilməməsidir. Buna baxmayaraq, əldə etdiyi fərdi nəticələr onu yenə də əsas namizədlərdən birinə çevirir».
Təcrübəli mütəxəssis Usman Dembele və Xviça Kvaratsxeliyanın da namizədlər arasında olacağını, lakin qalib gəlmək şanslarının nisbətən aşağı olduğunu bildirib: «Dembele PSJ ilə Çempionlar Liqasını qazansa da, Dünya Çempionatında Mbappə qədər parlamadı. Kvaratsxeliya isə PSJ-nin heyətində, xüsusən də Çempionlar Liqasında möhtəşəm mövsüm keçirdi. Lakin onun millisi mundialda iştirak etmədi. Belə böyük turnirdən kənarda qalması ona bir qədər mane ola bilər. Hər iki futbolçunun siyahıda yer alacağını gözləyirəm, lakin onların qalib olacağı inandırıcı görünmür».
Sayca 70-ci yubiley «Qızıl top» mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.