“Qızıl oğlan” Usman Dembele haqqında 24 fakt: evlənib ağıllanıb, Ramazan duaları ilə birinci olub, zibilliyə görə cərimələnib…

23.09.25 | 14:52
Dünya futbolu

“Qızıl top”u qazanan Usman Dembele bu mükafatı əldə edən altıncı fransız oldu. Karyerasına “Renn”də başlayan, daha sonra 148 milyon avroya “Barselona”ya transfer olunan, ancaq zədə, intizam problemi və video oyun asılılığı üzündə ümidləri doğrulda bilmədi. Dembele 2021-ci ildə toyundan sonra yenidən oyunu ilə diqqət çəkməyə başladı. “Evləndirin ağıllanacaq” misalı Dembelenin timsalında işə yaradı. Sizə Dembele haqqında 24 faktı təqdim ediri:

1. Usman 1997-ci ildə Vernonda anadan olub və qonşu Evredə böyüyüb. Elə futbol oynamağa da orada başlayıb. Hər iki şəhər Normandiyada, Parisdən 100 km aralıda yerləşir.

2. Atası Mali, anası Mavritaniya və Seneqal əsillidir. Ona görə də, Dembelenin Fransa da daxil olmaqla dörd yığma komandanı seçmək imkanı olub.

3. Usmanın anası Mavritaniyanın Seneqalla sərhəddə yerləşən Vali-Dyantanda doğulub. Sovet İttifaqında təhsil almış Mavritaniyanın ilk qaradərili prezidenti Ba Mamadu Mbare də bu kənddəndir.

4. Dembele DÇ-2018-də qazandığı qələbədən əldə etdiyi gəliri anasının doğma kəndində məscidin tikintisinə xərcləyib.

5. Usman əsl müsəlmandır. Ramazanın bütün qaydalarına əməl etməsi ona mövsümün ən yaxşı futbolçusu olmasına mane olmadı. Usman inanır ki, Ramazandakı duaları onun köməyinə gəldi.

6. Uşaq yaşlarında futzalla məşğul olub və bu da onun driblinq bacarığını təkmilləşdirib.

7. Oyundaşları onu meydanda “uçduğuna” görə “Ağcaqanad” ləqəbiylə çağırırlar.

8. 13 yaşında “Renn”in akademiyasına daxil olub. Daha sonra “Havr” və “Kan” onunla maraqlanıb. Ancaq yalnız “Renn” rəhbərliyi onun ailəsini – anası, qardaşı və iki bacısını evlə təmin etməyə razı olub.

9. 17 yaşında “Renn”in əvəzedici komandasının bombardiri (18 matçda 13 qol) və dördüncü divizionun ən yaxşı oyunçusu olub. Klub rəhbərliyinin təklif etdiyi ilk müqavilənin şərtlərindən narazı qalan Usman əsas komandayla məşqlərdən imtina edib və “Benfika”ya üz tutmağa yaxın olub. Nəhayət 2015-ci ildə o, “Renn” ilə müqavilə imzalayıb və Liqa 1-də debüt edib.

10. 2016-cı ilin martında “Nant”la görüşdə ilk het-trikə imza atıb. Həmin oyunu “Barselona”, “Çelsi” və “Liverpul”dan olan skautlar da izləyib.

11. Hər iki əli ilə yazmağı bacaran Usman özünəməxsus üslubda penalti vurur. Solaxay olmasına baxmayaraq penaltini adətən sağ ayaqla vurur.

12. Dünya çempionatındakı qələbədən sonra 21 yaşlı Usman Napoleonun təsis etdiyi Fransanın Fəxri Legion ordeninə layiq görülüb.

13. Alman məhkəməsi Dembeleni Barselonaya yollandıqdan sonra Dortmundda kirayələdiyi mənzildə qoyub getdiyi zibil topasına və ödənilməmiş hesablara görə 10.000 avro cərimələyib. Əvvəlcə 21.000 avro təzminat tələb edən ev sahibi Herd Vayssenberq belə deyib: “Evə girəndə şoka düşdüm. Mənzilim zibil çəninə bənzəyirdi. Hər otaqda zibil vardı. Bir dəfə futbolçunun meneceri mənə evi söküb yenisini tikməyi təklif etdi. Axı bu evi ata-anamdan miras qalıb, ona görə də əsəbləşirəm. Həyatımda belə təkəbbür görməmişdim”.

14. “Barselona” Dembeleni keçidinə görə 105+42 milyon avroya ödəyib. Həmin vaxt o PSJ-yə keçən Neymardan sonra futbol tarixinin ikinci ən bahalı transfer idi.

15. Kataloniyalılar sonda onu 50 milyon avroya PSJ-yə satıb.

16. Altı il “Barsa”nın düşərgəsində olan Dembele zədə səbəbindən 799 gün meydanda kənarda qalıb. Həmin müddətdə yığmanın keçirdiyi görüşləri də nəzərə alsaq o, üst-üstə 141 oyunu buraxıb.

17. Ümumi transfer dəyərinin 148 milyon avro olmasını və “Barsa”da 185 oyuna çıxdığını nəzərə alsaq, fransız futbolçunun keçirdiyi hər oyun kluba 800 min avroya başa gəlib. Buraya onun əmək haqqı daxil deyil.

18. Kataloniya klubunda Dembele 40 qol və 41 məhsuldar ötürməylə yadda qalmışdı. Bir qolun dəyəri 1,8 milyon avrodan çox edir. Qeyd etdiyimiz kimi, buraya əmək haqqı daxil deyil.

19. Dembele FIFA, Fortnite, Call of Duty və NBA 2K videooyunların fanatıdır.

20. 2021-ci Usman subaylığın daşını atdıqda sonra işlər qaydasına düşməyə başlayıb. İntizam problemləri aradan qalxıb və yenidən baxımlı oyun sərgiləməyə başlayıb. Xanımı Şimali Afrika əsilli olan Usman toy mərasimini Mərakeş üslubunda keçirib. Toydan sonra altı aya 13 qol vuran Dembele La Liqanın ən yaxşı assistenti olub.

21. Dembelenin həyat yoldaşı müsəlman geyim markası “Razalae”nin qurucusu Rima Ebduçedir. Onun İnstaqram səhifəsini 180.000 izləyicisi olmasına baxmayaraq, cəmi altı yazı var və bir dənə şəkli yoxdur. TikTok-da hesabını bağlayanadək 300.000 izləyicisi və 3.3 milyon bəyənməsi vardı.

22. Cütlüyün 2022-ci ilin sentyabrında bir qız övladı dünyaya gəlib. Usmanla Rima şəxsi həyatlarını gizli saxladıqları üçün qızının adı məlum deyil. Futbolçunun sosial media hesabları yalnız iş üçündür. Orada ailəsi haqqında heç bir məlumat yoxdur.

22. Ötən mövsüm Dembele 21 qolla ilk dəfə Liqa 1-in bombardiri oldu.

23. Usman PSJ-də “Barselona”dan çox qol vurub. Kataloniya klubunda rəqibləri 40 dəfə məyus edən Usmanın PSJ-də artıq 43 dəfə fərqlənib. O, Paris klubunda “Barselona”dan 86 oyun az keçirib.

24. Təəccüblüdür ki, Dembele “Lids”in azarkeşidir. Bunu hücumçu Patrik Bamford deyib: “Fulhem”lə oyundan sonra İllan Meslier (“Lids”in fransız qapıçısı) məndən futbolkamı istədi və Dembeleyə verəcəyini dedi. O “Lids”in fanatıdır və bütün oyunların izləyir dedi”. 

Paylaş:

Xəbər Lenti

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla müqaviləni yenilədi

17.06.26 | 14:26

“Sabah”ın ÇL-dəki potensial rəqibi: “Vardar” və ya “KuPS”

17.06.26 | 14:37

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01