Azərbaycanlı yarımmüdafiəçi Kamil Sadıxov Albaniya klubuna transfer olunub. “Qarabağ” akademiyasının yetirməsi olan 19 yaşlı futbolçu bu ölkənin 1-ci divizionunda (bəzi mənbələrdə 2-ci liqa kimi göstərilir) mübarizə aparan “Besa” ilə anlaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Gənc yarımmüdafiəçi ötən mövsümü 1-ci liqa təmsilçisi “Difai”nin heyətində keçirib.