“Qarabağ”ın rəqibi “Liverpul” böhranda: 90+5-ci dəqiqə şoku!  

25.01.26 | 01:39
Dünya futbolu

“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki sonuncu rəqibi “Liverpul”, heç-heçə “lənəti”ni qırmaq ümidi ilə Bornmuta yollanmışdı. Premyer Liqada ardıcıl dörd oyundur meydanı bir xalla tərk edən “qırmızılar”ın son qələbəsi 27 dekabr tarixinə təsadüf edirdi. Baş məşqçi Arne Slot start heyətində Afrika Kubokundan yeni qayıtmış Məhəmməd Salahla yanaşı, Qakpo, Soboslai və Virtsə də şans vermişdi. Lakin ilk hissənin qəhrəmanı misirli ulduz deyil, meydan sahiblərinin hücum xətti oldu.

“Bornmut” yarım-fürsətlərı qola çevirərək favorit rəqibini şoka saldı. Əslində isə “Liverpul”u sarsıdan ilk zərbə öz kapitanlarından gəldi. Vircil van Dayk, Hillin adi ötürməsini uzaqlaşdırmaq istəyərkən ayağı topun üstündən keçdi. Skott xəttin üzərində topa yetişərək ötürməni Evanilsona ünvanladı, braziliyalı hücumçu isə boş qapını dəqiq nişan aldı – 1:0.

Cəmi beş dəqiqə sonra Hillin növbəti ötürməsi qolla nəticələndi. Onun bir pasla yarıb keçdiyi “Liverpul” müdafiəsində Ximenes hamını qabaqlayaraq Alissonu məyus etdi – 2:0. Topa nəzarət etməsinə baxmayaraq, “Liverpul” intriqanı yalnız ilk hissəyə əlavə olunmuş vaxtda bərpa edə bildi. Soboslainin künc zərbəsindən sonra van Dayk yaxın dirəkdə özünü bağışlatdı – 2:1.

İkinci hissədə Arne Slot oyuna müdaxilə edərək Robertson, Eketike və Consu meydana buraxdı. Lakin “Bornmut”un nizamlı müdafiəsi və “Liverpul”un hücumda sürət çatışmazlığı bərabərlik qolunu gecikdirirdi. Yalnız 80-ci dəqiqədə Nqumoanın fərdi reydi nəticəsində qazanılan cərimə zərbəsi hesaba tarazlıq gətirdi. Salahın toxunuşundan sonra Dominik Soboslai “canlı səddi” dəlib keçən güclü zərbə ilə dublunu rəsmiləşdirdi – 2:2.

Matçın son dəqiqələri əsl trillerə çevrildi. Hər iki tərəf qələbə topunu vura bilərdi: Evanilsonun boşa verdiyi fürsət və Virtsin dəf edilən zərbəsi azarkeşləri həyacanda saxladı. “Vitaliti” stadionunda hamı beşinci ardıcıl heç-heçəni gözlədiyi anda, 90+5-ci dəqiqədə səhnəyə Amin Adli çıxdı. Hillin autdan ötürdüyü top “Liverpul”un cərimə meydançasında xaos yaratdı. Qapıçı Alissonun çıxışda səhvini bağışlamayan Adli, dirəkdən dönən topu tora qovuşduraraq “Bornmut”a qələbə qazandırdı.

Paylaş:

Xəbər Lenti

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26