UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın “Vestri” klubu ilə qarşılaşacaq “Qarabağ”ın matçını idarə edəcək hakimlər briqadası bəlli olub.
Qarşılaşmanın baş hakimi çexiyalı Marek Radina olacaq. Ona həmyerliləri Kamil Hayek və Petr Katalik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Daniel Vokoun yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 16-da Reykyavikdəki “Trouttarvedlyur” stadionunda keçiriləcək “Vestri” – “Qarabağ” matçı Bakı vaxtı ilə gecə yarısı – saat 00:00-da başlayacaq.