UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Tvente” – “Qarabağ” matçından öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlanıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, mütəxəssis Niderlanda səfərdən əvvəl – avqustun 19-da, saat 11:00-da Bakıdakı “Azərsun Arena”da media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də Enşede şəhərindəki “De Qrols Veste” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.