“Qarabağ” – “Dinamo”: Ukrayna mətbuatı Ağdam klubunu necə təqdim edir?

05.08.26 | 18:13
Ölkə futbolu

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Kiyev “Dinamo”su Ukrayna mətbuatının diqqət mərkəzindədir. “Futbol24” nəşri Azərbaycan çempionu haqqında geniş təhlil dərc edərək Ağdam təmsilçisinin tarixindən, hazırkı heyətindən və güclü tərəflərindən bəhs edib.

Nəşr qeyd edir ki, “Qarabağ” dünya futbolunda özünəməxsus taleyə malik klublardan biridir. 1951-ci ildə “Məhsul” adı ilə yaradılan komanda sonradan “Şəfəq”, “Kooperator”, “Qarabağ” və bir müddət sponsorun adı ilə “Qarabağ-Azərsun” kimi fəaliyyət göstərib. 2004-cü ildən etibarən isə yenidən tarixi adına qayıdıb.

Məqalədə Ağdamın Azərbaycanın mühüm şəhərlərindən biri olduğu, 1993-cü ildə Ermənistanın işğalı nəticəsində klubun doğma stadionundan didərgin düşdüyü vurğulanır. Həmin dövrdə komandanın sabiq baş məşqçisi Allahverdi Bağırovun mina partlayışı nəticəsində həlak olduğu da xatırladılır.

Bütün çətinliklərə baxmayaraq, “Qarabağ” fəaliyyətini dayandırmayıb. Uzun illər ev oyunlarını Bakıda keçirməyə məcbur olan Ağdam təmsilçisi zamanla Azərbaycan futbolunun aparıcı qüvvəsinə çevrilib.

Nəşrin fikrincə, klubun müasir uğurlarının əsas memarı baş məşqçi Qurban Qurbanovdur. O, 2008-ci ildən komandaya rəhbərlik edir və bu müddətdə “Qarabağ”ı ölkə futbolunun dominant klubuna çevirib.

Qurbanovun rəhbərliyi altında Ağdam təmsilçisi 11 dəfə Azərbaycan çempionu, 6 dəfə ölkə kubokunun qalibi olub, UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Məqalədə qeyd olunur ki, “Qarabağ” son illərdə Avropa arenasında da ciddi rəqibə çevrilərək Madrid “Atletiko”sundan xal almağı, “Benfika” və “Kopenhagen” üzərində qələbələr qazanmağı bacarıb, həmçinin avrokubokların pley-off mərhələlərində uğurlu çıxışları olub.

“Futbol24” xatırladır ki, “Qarabağ” daha əvvəl də Ukrayna təmsilçiləri ilə bir neçə dəfə üz-üzə gəlib.

2014/15 mövsümündə Avropa Liqasında Ağdam klubu Kiyevdə “Dnepr”i 1:0 hesabı ilə məğlub etsə də, cavab görüşündə 1:2 uduzub. Həmin mövsüm “İnter”lə oyunda qeydə alınmayan qalmaqallı qol isə “Qarabağ”ın qrupdan çıxmasına mane olmuşdu.

2018-ci ildə isə “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Vorskla” ilə hər iki oyunda 1:0 hesablı nəticə qeydə alıb. Kiyev “Dinamo”su ilə yeganə qarşılaşma isə Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutub və ukraynalılar minimal hesablı qələbə qazanıblar.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16