“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. “Qırmızı-qaralar” Konqo Demokratik Respublikasından olan mərkəz müdafiəçisi Natan Monzanqonu rənglərinə bağlayıb.
Klubun rəsmi saytının məlumatına görə, 25 yaşlı futbolçu ilə “1+1” illik müqavilə imzalanıb.
Qeyd edək ki, Monzanqonun son klubu Sloveniyanın “Bravo” komandası olub.