Qətər son dəqiqələrdə məğlubiyyətdən qaçdı

14.06.26 | 01:35
Dünya futbolu

DÇ-2026-nın B qrupunun ilk turunda İsveçrə yığması Qətərlə qarşılaşıb. Matçın aşkar favoriti sayılan avropalılar artıq 2-ci dəqiqədə qapılarında qol görə bilərdilər. Edmilson Junior qapıçı ilə təkbətək qalsa da, Qreqor Kobel mükəmməl seyvlə komandasını qoldan xilas etdi.

Hesabı açmaq üçün bir neçə şansı boşa verən İsveçrə, nəhayət, 14-cü dəqiqədə penalti qazandı. Qətər qapıçısı Mahmud Abunadanın cərimə meydançasındakı aqressiv müdaxiləsindən sonra baş hakim Sayd Martines VAR-a müraciət edərək nöqtəni göstərdi. Brel Embolo zərbəni dəqiq yerinə yetirərək komandasını önə keçirdi. Murat Yakinin yetirmələri oyuna tam nəzarət etsə də, ilk hissənin sonlarında Dan Ndoye, Ruben Varqas və Mişel Ebişer real qol epizodlarından yararlana bilmədilər.

İkinci hissədə də ssenari dəyişmədi. İsveçrənin aramsız hücumları qarşısında Qətər qapıçısı Abunada fantastik qurtarışlarla komandasını darmadağından xilas edti. O, əvvəlcə Varqasın təkbətək epizoddakı zərbəsini dəf etdi, ardınca isə Yohan Manzambinin ötürməsindən sonra Embolonun qapını dəqiq nişan almasına imkan vermədi.

Matçın sonuna əlavə olunmuş vaxtda isə asiyalılar sensasiyaya imza atdılar. Xulen Lopeteginin çalışdırdığı Qətər millisi Bualem Huxinin 90+4-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaça bildilər.

DÇ-2026-nın final mərhələsi

B qrupu. 1-ci tur

Qətər – İsveçrə — 1:1

Qollar: Huxi, 90+4 – Embolo, 17 (pen.)

Baş hakim: Sayd Martines (Honduras)

Stadion: “Levays Stedium” (Santa-Klara, ABŞ)

Qətər: Abunada, Əl-Ui (Fathi, 60), Huxi, Pedru Migel, Əl-Amin, Lae, Madibo (Əl-Manai, 79), Qaber (Budiaf, 60), Afif, Abdurisaq (Alaaeldin, 60), Edmilson Junior (Əl-Haydos, 89).

İsveçrə: Kobel, Elvedi, Akanji, Zakariya, Ebişer (Rider, 66), Caka, Froyler (Yaşari, 89), Rodriqes (Muqaim, 89), Varqas (Amduni, 79), Ndoye (Manzambi, 66), Embolo.

Xəbərdarlıqlar: Abunada, 16; Qaber, 23 – Zakariya, 42

Paylaş:

Xəbər Lenti

Montelladan radikal qərar: Barış Alper və Zeki Çelik ehtiyatda qaldı

19.06.26 | 14:57

Vinçentso Montella: “Özümü bir çoxlarından daha çox türk hiss edirəm”

19.06.26 | 14:01

Messinin fərqli rəngli butslarının sirri açıldı

19.06.26 | 13:52

Hakimi məhkəmə önünə çıxacaq: Mbappe şahid qismində dindiriləcək

19.06.26 | 13:37

„Qarabağ“ın Avstriyadakı yoldaşlıq oyunu ləğv edildi

19.06.26 | 13:44

„Şamaxı“ heyətini portuqaliyalı müdafiəçi ilə gücləndirir

19.06.26 | 12:18

Meksika pley-off-u təmin etdi

19.06.26 | 08:06

TV PROQRAM

19.06.26 | 00:50

Tarixi oyun, tarixi jest: Əfsanəvi Kollina Kovaç üçün görünməmiş hədiyyə hazırladı

19.06.26 | 00:31

Qətər 9 oyunçu ilə darmadağın oldu

19.06.26 | 00:03

Neymarın zədəsi tam sağalmayıb: Haiti ilə oyunuda buraxacaq

19.06.26 | 00:42

Avtoqraf istəyən cani və itirilmiş gözlər: Yoan Vissanın dəhşətli hekayəsi

18.06.26 | 23:02

İsveçrə Bosniyanı son 15 dəqiqədə tar-mar etdi

18.06.26 | 23:04

“Qarabağ”ın yetirməsi legioner həyatı yaşayacaq: Yeni klubu bəlli oldu

18.06.26 | 23:50

“Zirə” Avrokubok oyunlarına Bakıda və Boluda hazırlaşır

18.06.26 | 20:31

Çexiya və Cənubi Afrikadan hər iki komandanı çətin duruma salan sülüh

18.06.26 | 20:59

“Turan Tovuz” Türkiyə toplanışını ləğv edərək vətənə döndü!

18.06.26 | 18:05

Çempionlar Liqasının püşkü atıldı: “Neftçi”nin ilk rəqibi bəlli oldu

18.06.26 | 18:09

Kevin Medina “Qarabağ”la vidalaşdı: “Bu klub bir tarixdir!”

18.06.26 | 14:16

“Səbail”də Adil Şükürov dönəmi başa çatdı

18.06.26 | 13:29