“Qəbələ” yay təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama matçı keçirəcək. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qırmızı-qaralar” hazırlıq prosesində ilk sınaq oyununa iyulun 14-də “Kəpəz”ə qarşı çıxacaq.
Komandanın yoxlama matçlarının tam təqvimi belədir.
14 iyul: “Qəbələ” – “Kəpəz” (Qəbələ)
19 iyul: “Sumqayıt” – “Qəbələ” (Səfər)
25 iyul: “Qəbələ” – “Şəfa” (Qəbələ)
31 iyul: “Qəbələ” – “İmişli” (Qəbələ)
4 avqust: “Qəbələ” – “Şamaxı” (Qəbələ)
Qeyd edək ki, bölgə təmsilçisi yalnız “Sumqayıt”la matçı səfərdə keçirəcək, digər 4 qarşılaşma isə Qəbələdə təşkil olunacaq.