«PSJ»nin sabiq müdafiəçisi və Fransa millisinin heyətində dünya çempionu olan, hazırda isə Qətərin «Əl-Xaratiyat» klubunun şərəfini qoruyan Presnel Kimpembe komandasının Qəbələdəki təlim-məşq toplanışı haqqında təəssüratlarını bölüşüb.
Təcrübəli futbolçu Qəbələdəki idman infrastrukturunu və məşq meydançalarını yüksək qiymətləndirib. “Yaxşı toplanış keçiririk. Məşq meydançaları çox yüksək səviyyədədir. Əvvəllər heç vaxt burada olmamışdım, Qəbələyə ilk gəlişimdir. Düzü, bura haqqında əvvəlcədən geniş məlumatım yox idi. Lakin məşq prosesi baxımından burada hər şey çox rahatdır, bütün infrastrukturlar bir-birinə yaxın yerləşir. Hazırlıq üçün əla şərait yaradılıb. Əsas məqsədim tezliklə optimal formaya düşmək və komandama maksimum fayda verməkdir”, — deyə Kimpembe bildirib.