Provod məyusdur: “Sabah” “Slaviya”nın 19 illik həsrətini uzatdı

14.10.26 | 14:01
Ölkə futbolu

“Slaviya”nın aparıcı futbolçularından Lukaş Provod “Sabah”a məğlubiyyəti komanda üçün əldən verilmiş böyük fürsət kimi qiymətləndirib. Praqa təmsilçisinin yarımmüdafiəçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda 0:2 hesabı ilə uduzduqları görüşdən sonra komandasının zəif çıxışını etiraf edib və özü də əlverişli qol imkanını dəyərləndirə bilmədiyinə görə təəssüfləndiyini bildirib.

Çexiyanın “Infotbal” nəşrinə danışan 29 yaşlı futbolçu “Slaviya”nın qələbə həsrətinə son qoymaq şansını əldən verdiyini vurğulayıb. Praqa klubu 2007-ci ildən bəri Çempionlar Liqasının əsas mərhələsində qələbə qazana bilmir. Bakıdakı qarşılaşma bu uğursuz seriyanı dayandırmaq üçün əlverişli fürsət sayılsa da, çexlər meydanı xalsız tərk ediblər.

“Bu komandalar turnirə təsadüfən vəsiqə qazanmayıblar. Əlbəttə, ən böyük klublarla müqayisədə bu dəfə şansımızın daha çox olduğunu bilirdik. Fürsətin olduğunu hiss edirdik, amma ondan yararlana bilmədik”, – deyə Provod bildirib.

O, məğlubiyyətin məyusluq yaratdığını və komandanın buraxdığı səhvlərdən nəticə çıxarmalı olduğunu söyləyib: “Bu, Çempionlar Liqasında növbəti məğlubiyyətdir və bunu qəbul etmək çətindir. Bakıya qələbə üçün gəlmişdik, 0:2 hesabı ilə uduzmaq üçün yox. Bu turnirdə xal qazanmaq imkanları çox azdır. Nəyin alınmadığını anlamalı və növbəti oyunlara köklənməliyik”.

Provod matçın 61-ci dəqiqəsində hesabı bərabərləşdirmək üçün əla fürsət əldə etsə də, qapını dəqiq nişan ala bilməyib. Yarımmüdafiəçi həmin epizodda düzgün qərar verməkdə çətinlik çəkdiyini etiraf edib: “Əlbəttə, hər şeyi başqa cür etmək olardı. Bu, möhtəşəm şans idi. Zərbəni mümkün qədər yaxşı vurmağa çalışdım. Qapıçı üzərimə gəlirdi və zərbə anında çaşqınlıq yaşadım. Topun niyə qapıya daxil olmadığını başa düşmürəm.

Amma bu, yeganə fürsətimiz deyildi. Ümumilikdə kifayət qədər qol imkanımız oldu. Uğur qazanmaq istəyiriksə, belə epizodları qolla nəticələndirməliyik”.

Çexiya çempionunun oyunun əvvəlindən lazımi səviyyədə çıxış etmədiyini deyən Provod xüsusilə ikinci qolun buraxılmasını ciddi səhv adlandırıb. Onun fikrincə, “Slaviya” həmin vaxt rəqib üzərində üstünlük qazanmağa başlamışdı.

“Pis oynadıq, matça da uğursuz başladıq. Ən böyük səhvimiz 0:1 hesabı ilə geridə olduğumuz vaxt ikinci qolu buraxmağımız idi. Rəqibin fiziki baxımdan zəiflədiyini hiss edirdik və üstünlüyü ələ almağa başlamışdıq.

Hesab 0:0 olsaydı, mövqeyimiz daha yaxşı olardı. Yaratdığımız imkanlar da bunu göstərirdi. Təəssüf ki, yalnız geriyə düşəndən sonra oynamağa başladıq. Qol fürsətləri bağışlanmır, biz isə onları dəyərləndirməliyik”, – deyə yarımmüdafiəçi əlavə edib.

“Slaviya”nı qarşıdakı günlərdə gərgin oyun qrafiki gözləyir. Praqa təmsilçisi şənbə günü Çexiya çempionatında “Hradeç-Kralove”ni qəbul edəcək. Gələn həftənin çərşənbə axşamı isə Çempionlar Liqasının əsas mərhələsinin III turunda İstanbulda “Fənərbağça” ilə üz-üzə gələcək.

Provod komandanın məğlubiyyəti tezliklə unutmalı və növbəti sınaqlara hazırlaşmalı olduğunu bildirib:

“Çox qısa müddətdə bərpa olunmalıyıq. Bu axşam evə qayıdacağıq və diqqətimizi “Hradeç-Kralove” ilə oyuna yönəldəcəyik. Çempionatla Çempionlar Liqası arasında keçid etməyi öyrənmişik və bu, çox vacibdir.

Qarşıda sıx oyunlar dövrü var, amma bunun öhdəsindən gəlməliyik. Çempionlar Liqasında hər şey fərqlidir. Bu günkü kimi vaxt itirə bilmərik, qol imkanlarından yararlanmalıyıq. Düşünürəm ki, bütün qollarımızı gələn həftəyə saxlamışıq”, – deyə “Slaviya”nın aparıcı futbolçusu zarafatla fikrini tamamlayıb.

Paylaş:

Xəbər Lenti

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59