Azərbaycan Premyer Liqasının VIII turunda baş verən qayda pozuntularına görə bəzi klublara və futbol rəsmilərinə intizam sanksiyaları tətbiq olunub.
şəkar Futbol Liqasının (PFL) məlumatına görə, “Şamaxı” – “Şəfa” matçında hakim qərarına etiraz edən “Şamaxı”nın məşqçisi Araz Bağırov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, bir oyunluq cəzalanıb, klubu isə 2500 manat cərimələnib. Dörd futbolçusu sarı vərəqə alan “Şəfa”ya da 700 manat cərimə tətbiq olunub.
“Sumqayıt” – “Araz-Naxçıvan” qarşılaşmasında ikinci sarı vərəyə görə meydandan qovulan Ağadadaş Salyanski bir oyunluq cəzaya məruz qalıb. Bu, Naxçıvan təmsilçisinə 500 manata başa gəlib.
“Qarabağ” – “Neftçi” matçında rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam klubu 5000 manat cərimələnib. Beş futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat, azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə isə əlavə 3000 manat cərimə ödəyəcək.
Həmin görüşün 90+4-cü dəqiqəsində stadiona kiçik zərər vuran “Neftçi”nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib. O, dəymiş zərəri yerində ödəyib.
“İmişli” – “Turan Tovuz” matçında dörd futbolçusu sarı vərəqə alan Tovuz təmsilçisi də 700 manat cərimələnib.