Premyer Liqada böyük sınaqlar: “Turan-Tovuz” və “Neftçi” favoritdir

23.08.26 | 14:30
Ölkə futbolu

Premyer Liqada II turun oyunları bu gün iki maraqlı qarşılaşma ilə davam edəcək. Əvvəlcə “Turan-Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək, turun mərkəzi matçında isə “Neftçi” evdə “Araz-Naxçivan”ı sınağa çəkəcək.

Mövsümə qələbə ilə başlayan “Turan-Tovuz” ikinci turda doğma meydan amilindən yararlanmağa çalışacaq.

Qurban Berdıyevin komandası ilk turda “Qəbələ”ni minimal hesabla məğlub etsə də, nəticə oyunun gedişini tam əks etdirmirdi. Tovuzlular uzun müddət təşəbbüsü əllərində saxlasalar da, hücumların sonluğunda kifayət qədər effektiv görünmədilər. Bu isə komandanın hələ optimal formasına çatmadığını göstərir.

“Şamaxı” üçün isə mövsümün ilk sınağı daha ağır olub. Azər Bağırovun yetirmələri səfərdə “Qarabağ”a 1:3 hesabı ilə uduzublar. “Astronomlar” müəyyən epizodlarda rəqibə müqavimət göstərsələr də, oyunun taleyini dəyişəcək təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkiblər. Bu baxımdan Tovuzda keçiriləcək qarşılaşmada meydan sahibləri favorit hesab olunur. “Turan-Tovuz” fiziki hazırlıq və oyun tempi baxımından hələ tam ideal vəziyyətdə olmasa da, doğma meydanda ardıcıl ikinci qələbəyə daha yaxın görünür. “Şamaxı”nın isə ilk turdakı səhvlərdən nəticə çıxararaq rəqibə daha ciddi müqavimət göstərməsi vacibdir.

Turun diqqətçəkən qarşılaşmalarından biri Bakıda keçiriləcək. “Neftçi” mövsümün ilk turunda səfərdə “Sumqayıt” üzərində qələbə qazanmaqla uğursuz avrokubok kampaniyasından sonra özünəinamını bərpa etdiyini göstərib. İndi isə Yuriy Vernidubun komandası mövsümdə ilk dəfə doğma azarkeşləri qarşısına çıxacaq.

“Ağ-qaralar” üçün bu görüş yalnız üç xal uğrunda mübarizə deyil. Komanda həm ilk turdakı qələbənin təsadüfi olmadığını göstərməli, həm də qarşıdakı mövsümdə yüksək yerlər uğrunda mübarizə aparmaq niyyətini nümayiş etdirməlidir. Xüsusilə azarkeşlərin qarşısında qazanılacaq qələbə komandanın psixoloji baxımdan daha da güclənməsinə səbəb ola bilər.

“Araz-Naxçıvan” isə mövsümə istədiyi kimi başlaya bilməyib. Cavid Hüseynovun komandası ilk turda “İmişli” ilə qolsuz heç-heçə edib. Qarşılaşma zamanı bəzi problemlər üzə çıxıb və kollektivin hələ tam formalaşma mərhələsində olduğu hiss olunub.

İndi isə qarşıda daha ciddi sınaq var. “Neftçi”nin hücum potensialı və meydan amili qonaqlar üçün işi çətinləşdirə bilər. Lakin “Araz-Naxçıvan” kompakt müdafiə quraraq rəqibin boşluqlarından yararlana bilsə, Bakıdan xalla qayıtmaq şansı əldə edə bilər.

Bir sözlə, “Turan-Tovuz” – “Şamaxı” görüşündə meydan sahibləri, “Neftçi” – “Araz-Naxçıvan” matçında isə “ağ-qaralar” favorit mövqeyindədir. Lakin Premyer Liqanın ilk turlarında komandaların fiziki və taktiki hazırlığının tam oturuşmadığını nəzərə alsaq, hər iki qarşılaşmada sürpriz nəticə ehtimalını da istisna etmək olmaz.

18:30   “Turan-Tovuz” – “Şamaxı”

Baş hakim: Rauf Cabbarov

20:45   “Neftçi” – “Araz-Naxçivan” Baş hakim: Rəşad Əhmədov

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09