Portuqaliyada şok əməliyyat: Serbiyalı futbolçu 1,5 ton kokainlə saxlanıldı

21.08.26 | 19:00
Dünya futbolu

Portuqaliya polisi “Balkan karteli”nə qarşı keçirdiyi xüsusi əməliyyat çərçivəsində serbiyalı sabiq futbolçu Uroş Miloşeviçi həbs edib.

Yerli “O Jogo” nəşrinin məlumatına görə, 31 yaşlı oyunçu A6 magistralında idarə etdiyi furgonda saxlanılıb. Avtomobilə baxış zamanı dəyəri təqribən 70 milyon avro olan 1,5 tondan çox kokain və istifadəyə hazır vəziyyətdə iki döyüş silahı aşkarlanıb.

Geniş futbol ictimaiyyətinə o qədər də tanış olmayan Miloşeviç karyerası ərzində əsasən Serbiyanın “Çukariçki”, “İM Rakovitsa”, “Teleoptik” və “Sinceliç” kimi klublarının formasını geyinib. O, son üç ildir heç bir komandada çıxış etmir.

İstintaq orqanlarının məlumatına görə, bu həbs İspaniya və Portuqaliya polisinin ötən həftə 3,7 ton narkotik maddənin müsadirəsi ilə nəticələnən müştərək əməliyyatının davamıdır. Avropa bazarına Portuqaliya sahillərindən narkotik daşıyan “Balkan karteli”nin bu məqsədlə keçmiş yuqoslaviyalı idmançılardan da istifadə etdiyi ehtimal olunur.

Hazırda sabiq futbolçunun cinayətkar şəbəkədəki dəqiq rolunu müəyyənləşdirmək üçün araşdırmalar davam edir. Yaxın vaxtlarda yeni həbslərin olacağı istisna edilmir.

Paylaş:

Xəbər Lenti

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55