Portuqaliyada Roberto Martines dövrü bitdi: Yeni baş məşqçi bəllidir

07.07.26 | 12:57
Dünya futbolu

Portuqaliya millisi üçün Dünya Çempionatı uğursuz yekunlaşdı. Komandanın 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşmasından sonra, 52 yaşlı baş məşqçi Roberto Martines istefa verdiyini rəsmən açıqlayıb.

Dünya Çempionatından əvvəl də Martinesin Portuqaliya sükanı arxasında son turnirinə çıxacağı barədə şayiələr gəzirdi. Müqavilə müddəti başa çatan mütəxəssis, matçdan sonrakı mətbuat konfransında bu qərarı təsdiqləyib: “Bu qərarı çempionatdan əvvəl qəbul etməmişdim. Mən Portuqaliyaya Dünya Çempionatını qazanmaq üçün gəlmişdim və buna nail ola bilmədiyimiz üçün fəaliyyətimi davam etdirməyin mənası yoxdur. İndi federasiya rəhbərliyinin və prezidentin yeni baş məşqçi seçmək imkanı var. Prezident işimi hər zaman dəstəkləsə də, müqaviləm bu gün başa çatır. Artıq deyiləcək xüsusi bir söz yoxdur”.

Martines 2023-cü ildə millinin sükanı arxasına keçsə də, onun Portuqaliya karyerası o qədər də parlaq alınmadı. Komanda 2025-ci ildə Millətlər Liqasının qalibi olsa da, böyük turnirlərdə ümidləri doğultmadı: Avro-2024-də dörddəbir finalda, builki mundialda isə elə 1/8 finalda mübarizəni dayandırdı.

A Bola nəşrinin yaydığı məlumata görə, millinin yeni baş məşqçisi 71 yaşlı Xorxe Xesus olacaq. Təcrübəli mütəxəssisin son iş yeri Kriştiano Ronaldonun da formasını geyindiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu olub.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46