Polyaklar da “Qarabağ” qarşısında duruş gətirə bilmədi

17.01.26 | 02:19
Ölkə futbolu

“Qarabağ” Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində möhtəşəm bir gün keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bir gündə iki yoldaşlıq görüşünə çıxıb. Günü xorvat klubu “Osiyek” üzərində qələbə ilə başlayan “Köhlən atlar”, axşam saatlarında Polşa təmsilçisi “Zaqlembe”ni də eyni aqibətlə üz-üzə qoyublar.

Matça iddialı başlayan “Qarabağ” artıq 6-cı dəqiqədə Andradenin qolu ilə önə keçib. Polyaklar birinci hissədə bərabərliyi təmin etsələr də, fasilədən sonra “Qarabağ”ın təzyiqi qarşısında tab gətirə bilməyiblər. Zubir və Montielin qolları “atlılar”ın üstünlüyünü rəsmiləşdirib.

“Qarabağ” (Azərbaycan) – “Zaqlembe” (Polşa) 3:1 (1:1)

Leandro Andrade, 6′ (1:0); Abdellah Zubir, 56′ (2:1); Fabian Montiel, 69′ (3:1)

Polşanın “Sport.pl”“Przegląd Sportowy” və “Mks-zaglebie.pl” kimi aparıcı platformaları bu məğlubiyyəti “güclü rəqiblə sınaq” kimi dəyərləndiriblər.

“Qarabağ” Kabusu Polşa Klublarını Təqib Etməkdə Davam Edir

Polşalı jurnalistlər “Qarabağ”ın son illərdə “Lex”, “Rakuv” və “Legiya” kimi klublarına qarşı keçirdiyi rəsmi oyunlardakı üstünlüyünü xatırladaraq yazıblar: “Yoldaşlıq görüşü olmasına baxmayaraq, Qarabağ yenə də öz səviyyəsini göstərdi. Zaqlembe Azərbaycan çempionunun sürətli hücum xətti qarşısında müdafiədə ciddi boşluqlar verdi.”

Zubir və Andrade: Polşa müdafiəsini darmadağın edən cütlük

“SportoweFakty” portalı “Qarabağ”ın legionerlərinin fərdi ustalığını xüsusi qeyd edib:“Abdellah Zubir hələ də Polşa klubları üçün ən təhlükəli oyunçulardan biridir. Onun topu saxlama texnikası və Andradenin sürətli cinah hücumları Zaqlembenin oyun planını alt-üst etdi. 3:1 hesabı meydandakı reallığı tam əks etdirirdi.”

Fiziki hazırlıq və sistem fərqi

Polşa portalları qeyd edirlər ki, “Zaqlembe” hələ toplanışın ağır fazasında olduğu halda, “Qarabağ”ın oyunundakı sinxron hərəkətlər və sistemli pressinq rəqibi çıxılmaz vəziyyətə salıb. Jurnalistlər “Zaqlembe”nin hücum xəttinin “Qarabağ” müdafiəsini yarmaqda çətinlik çəkdiyini etiraf ediblər.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41