Pep Qvardiola «İnter Mayami»nin təklifini rədd etdi

02.06.26 | 20:46
Dünya futbolu

«The Mirror» nəşrinin məlumatına görə, Pep Qvardiola «İnter Mayami»ni çalışdırmaq təklifinə «yox» deyib. İspaniyalı mütəxəssis ailəsi ilə söhbətində yaxın gələcəklə bağlı planlarını artıq müəyyənləşdirib.

«Mançester Siti»də keçirdiyi və inanılmaz uğurlarla yadda qalan 10 illik dövrdən sonra Qvardiola klubla yollarını ayırıb. Onun rəhbərliyi altında «şəhərlilər» 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, 2022/2023 mövsümündə isə Çempionlar Liqasını qazanıb.

Məşqçi postundan ayrılacağı rəsmiləşdikdən sonra Qvardiolanın xidmətində maraqlı olan tərəflərin sayı artmağa başlayıb. Bu siyahıda ən diqqətçəkən təkliflərdən biri isə Devid Bekhemə məxsus olub. «İnter Mayami»nin sahibi ötən ay klubdan ayrılan Xavyer Maskeronu əvəz etmək üçün məhz Qvardiolanı əsas namizəd hesab edirdi. Bekhem qərar vermək üçün Premyer Liqanın mövsüm sonuna qədər gözləməyi üstün tutmuşdu.

ABŞ təmsilçisinin təklifi kifayət qədər cəlbedici görünürdü. Belə ki, Qvardiola «Barselona» illərindən yaxşı tanıdığı və iş birliyindən böyük zövq aldığı Lionel Messi ilə yenidən bir araya gələ bilərdi. Lakin məşhur mütəxəssis hazırda ABŞ-a köçmək variantını nəzərdən keçirmir.«The Mirror»un yazdığına görə, gərgin keçən illərdən sonra Pep futboldan müvəqqəti uzaqlaşaraq, enerjisini ailəsinə həsr etmək istəyir. Məlumata görə, o, yaxın çevrəsinə açıqlamasında növbəti hədəfinin klub yox, məhz milli komanda olacağını vurğulayıb.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24