Oskar xəstəxanaya yerləşdirilib

13.11.25 | 08:14
Dünya futbolu

«San Paulu»nun 34 yaşlı yarımmüdafiəçisi Oskar tibbi müayinə zamanı huşunu itirib və ürəyində ciddi problemin olduğu üzə çıxıb. «Çelsi»nin sabiq oyunçusu təcili olaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti stabildir. Hadisə klubda keçirilən adi tibbi müayinə zamanı baş verib. Oskar stasionar velosipeddə test zamanı özündən gedib və təxminən iki dəqiqə huşsuz vəziyyətdə qalıb. Indi Oskarın gələcəyi həkimlərin qərarından asılıdır.

Yeri gəlmişkən,  müşahidə altında olduğu müddətdə, onun komandası noyabrın 21-də “Korintians”la qarşılaşacaq. Hazırda “San Paulu”  Braziliyanın yüksək liqasında 8-ci yerdə gedir.

Oskar «San Paulu» ilə 2027-ci ilin sonunda bitəcək müqaviləsinə vaxtından əvvəl xitam vermək barədə düşünməyə başlayıb. Xatırladaq ki, o, «San Paulu»nun yetirməsi olsa da, daha çox «Çelsi»də  keçirdiyi dönəmdə məşhurlaşıb. London klubunda İngiltərə liqa kubokunu və Avropa Liqasını qazanıb. Daha sonra Çinin «Şanxay Port» klubu ilə üç dəfə ölkə çempionu olub, Çin kuboku və Superkubokunu qazanıb. Braziliya yığmasının formasında 48 oyun keçirən Oskar bu ilin yanvarında doğma komandasına qayıdıb. 

Paylaş:

Xəbər Lenti

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39