«Ondan üzr istəməkdənsə, ölməyi üstün tutaram» – Futbol tarixinin ən məşhur qırmızı vərəqəsi

13.07.26 | 00:57
Dünya futbolu

Bu, futbol tarixinin ən qalmaqallı epizodlarından biridir: 2006-cı il mundialın finalında Zinedin Zidanın Marko Materatsiyə kəllə ataraq meydandan qovulması. İtalyan müdafiəçinin fransalı ulduzu özündən çıxaran sözləri artıq tarixə düşüb. Bu hadisədən illər keçməsinə baxmayaraq, tərəflər epizodu hələ də xatırlayırlar. Bu il həmin unudulmaz finaldan dəqiq 20 il ötür.

Qəhrəmanlıqdan antirekorda doğru

Zinedin Zidan möhtəşəm karyerasını dramatik şəkildə bitirdi. O, 2006-cı il finalının peşəkar karyerasındakı son matç olacağını əvvəlcədən bilirdi. Rəqib isə ona yaxşı tanış olan İtaliya millisi idi — axı Zidan 5 il «Yuventus»da çıxış etmişdi və italyanca sərbəst danışırdı.

Final Zidan üçün uğurlu başladı. 7-ci dəqiqədə Materatsinin fəndindən sonra təyin olunan penaltini dəqiq yerinə yetirərək komandasını irəli çıxardı. 19-cu dəqiqədə isə Materatsı özü cavab qolunu vuraraq hesabı bərabərləşdirdi.

Həmin an heç kim hər iki qəhrəmanın matçın anti-qəhrəmanına çevriləcəyini ağlına belə gətirmirdi. Əsas vaxtda başqa qol vurulmadığı üçün əlavə vaxta ehtiyac duyuldu. Və 110-cu dəqiqədə hər kəsi şoka salan hadisə baş verdi: Zidan gözlənilmədən Materatsinin sinəsinə güclü kəllə zərbəsi endirdi. Аргентиналı baş hakim Horasio Elisondonun futbol əfsanəsinə qırmızı vərəqə göstərməkdən başqa çarəsi qalmadı.

Münaqişənin pərdəarxası

Sonradan olayın təfərrüatları bəlli oldu. Zidanın sözlərinə görə, Materatsı onun formasından dartırmış və bu zaman Zidan «formamı bu qədər çox istəyirsənsə, matçdan sonra verərəm» deyib. Materatsı isə cavabında «mən sənin bacını üstün tutardım, peysər» kəlməsini söyləyib.

Ağlını itirən Zidan bu hərəkəti ilə karyerasına nöqtə qoydu. Kapitansız qalan Fransa penaltilər seriyasında uduzdu və İtaliya dünya çempionu oldu.

Sonradan Zidan 3 (onsuz da karyerasını bitirdiyi üçün bu cəza simvolik xarakter daşıyırdı), Materatsı isə 2 oyunluq diskvalifikasiya olundu.

Zidan: «Futboldan üzr istəyirəm, ama ondan yox»

Zidan heç vaxt Materatsidən üzr istəmək niyyətində olmadığını bildirdi. 2010-cu ildə İspaniyanın «El País» qəzetinə verdiyi müsahibədə o, baş verənləri belə xatırlayırdı: «Təbii ki, özümü təqsirli bilirəm. Amma ‘bağışla’ desəm, onun etdiklərini normal qəbul etmiş olardım. Mənim üçün isə bu, normal deyildi. Meydanda hər şey ola bilər, amma dözə bilmədim. Bu, bəraət deyil, lakin həmin vaxt anam xəstəxanada yatırdı. O ağır günlərdə anama dəfələrlə söyüş söymüşdülər, cavab verməmişdim. Sonra isə bu baş verdi…Ondan üzr istəyim? Yox! Əgər qarşımdakı Kaka kimi tərbiyəli bir uşaq olsaydı, əlbəttə, üzr istəyərdim. Amma o — yox. Bağışlanma diləsəydim, özümə və sevdiklərimə hörmətsizlik etmiş olardım. Futboldan, azarkeşlərdən və komandadan üzr istəyirəm. Matçdan sonra soyunub-geyinmə otağına daxil olub uşaqlara ‘məni bağışlayın’ dedim. Amma ondan yox, heç vaxt! Bu, məni rüsvay edərdi. Ondansa ölməyi üstün tutaram».

Daha sonra «L’Equipe» nəşrinə müsahibəsində Zidan əlavə etmişdi: «Materatsı anamı təhqir etmədiyini deyir, bu doğrudur. Amma xəstə anamın yanında olan bacım Lili haqqında danışaraq məni təxribata çəkdi. Etdiyimdən fəxr eləmirəm, amma o vaxtlar daha həssas idim».

Materatsı: «Mən bəraət axtarmıram»

Materatsı isə öz addımını NBA oyunlarındakı atmosferlə müqayisə edərək müdafiə olunurdu: «Zidan mənə formasını təklif etdi, mən də onun bacısını üstün tutduğumu dedim. Amma NBA-də nə qədər ağır söyüşlərin söyüldüyünü bilirsiniz? Mənim dediklərim onların yanında heç nədir».

İtalyan müdafiəçi «La Gazzetta dello Sport»a zərbə anında heç nə hiss etmədiyini də bildirmişdi: «Yüzlərlə insan mənə ‘sinən ağrımadı ki?’ deyə soruşub. Adrenalinə görə heç nə hiss etmədim, əslində heç bir ağrı da yox idi». İllər keçməsinə baxmayaraq, onlar barışmayıblar. Materatsı 2024-cü ildə verdiyi müsahibədə belə demişdi: «Həmin gündən sonra Zidanla heç bir təmasım olmayıb. Bəraət axtarmıram, amma danışmağa hazıram». Zidan isə bu təklifə heç vaxt müsbət cavab verməyib.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24