2026/27-ci illər mövsümündə Azərbaycanı avrokubok yarışlarında dörd voleybol klubu təmsil edəcək.
Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə, Yüksək Liqanın qadınlar və kişilər arasında son çempionları – müvafiq olaraq “Turan” və “Xilasedici” klubları qitənin ən möhtəşəm turnirində, Çempionlar Liqasında mübarizə aparacaqlar.
Ölkə çempionatının gümüş mükafatçıları – “DH Volley” və “Ordu” komandaları isə qüvvələrini Çelenc Kubokunda (Challenge Cup) sınayacaqlar.
Qeyd edək ki, avrokubokların püşkatma mərasimi iyulun 15-də tutulacaq.