“Old Trafford”da 50 illik seriya qırıldı: “Brayton”dan unudulmaz qələbə

17.09.26 | 12:43
Dünya futbolu

İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində “Mançester Yunayted” azarkeşləri önündə ağır və sensasion məğlubiyyətlə üzləşib. “Old Trafford”dakı qarşılaşmanın ilk 10 dəqiqəsində iki top fərqi ilə irəli çıxan Maykl Karrikin komandası üstünlüyü qoruya bilməyərək “Brayton”a 2:3 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

Opta-nın statistikasına əsasən, “Mançester Yunayted” son 50 ildə ilk dəfə “Old Trafford”da iki top fərqi ilə öndə olduğu oyunda məğlubiyyətlə üzləşib. Sonuncu belə hal 1976-cı il sentyabrın 4-də “Tottenhem”lə matçda yaşanmışdı.

Uğursuz mövsüm startı səbəbindən təzyiq altında olan “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik qarşılaşmadan sonra məyusluğunu gizlətməyib: “Hazırda özümü çox pis hiss edirəm, məsuliyyəti öz üzərimə götürürəm. Artıq bu turnirdən kənarlaşdıq və Premyer Liqada “Fulhem”lə bazar günü keçiriləcək matçda qələbə qazanmalıyıq “.

İngiltərə Liqa Kuboku — 1/16 final nəticələri:

“Everton” – “Vulverhempton” – 1:0

Alkaras, 80

“Flitvud” – “Şeffild Yunayted” – 1:0

Norrinqton-Devis, 57-avtoqol

“Koventri” – “Aston Villa” – 1:3

Torp, 27 – Abraham, 7; 59, Barkli, 40

“Mançester Yunayted” – “Brayton” – 2:3

Leysi, 8, Maunt, 10 – Kostulas, 45+1, Qross, 65, De Küyper, 70

1/8 final cütlükləri:

“Flitvud” – “Arsenal”

“Mançester Siti” / “Norviç” – “Brayton”

“Everton” – “Nyukasl”

“Sanderlend” – “Brentford”

“Liverpul” – “Çelsi”

“Bredford” – “Piterboro”

“Fulhem” – “Kristal Pelas”

“Bornmut” – “Aston Villa”

Bu mərhələnin oyunları oktyabrın sonunda keçiriləcək. Turnirin son qalibi “Mançester Siti”dir.

Paylaş:

Xəbər Lenti

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52