“Nyukasl”da yeni xəbər: Əsas güclər sıraya dönür!

23.02.26 | 22:48
Ölkə futbolu

 UEFA Çempionlar Liqasında 1/8 finalın bir addımlığında olan “Nyukasl Yunayted” cavab qarşılaşmasına itkilərlə, amma ruh yüksəkliyi ilə hazırlaşır. Ötən həftə Bakıda keçirilən ilk oyunda 6-1 hesablı darmadağınla mərhələni keçməyi faktiki olaraq təmin edən “sağsağanlar”, sabahkı oyun öncəsi vacib futbolçularının qayıdışı ilə güclənib.

Baş məşqçi Eddi Hau üçün ən böyük müjdə Sven Botman və Yoan Vissanın zədədən qayıdaraq komanda ilə məşqlərə başlaması olub. Son üç oyunu kənardan izləyən hər iki futbolçunun sabahkı matçda meydana çıxacağı gözlənilir:

Sven Botman: Belindəki ağrılar səbəbindən “Mançester Siti” ilə oyunu buraxan mərkəzi müdafiəçi artıq tam hazırdır. Malik Tiaun cəzalı olduğu üçün Botmanın müdafiənin mərkəzində Den Bernlə tərəf-müqabili olacağı gözlənilir.

Yoan Vissa: Məşqdə aldığı zədəni sağaldan hücumçu artıq kollektivlə birlikdədir. Onun sabah hücum xəttinin sivri ucunda yer alacağı ehtimal edilir.

Böyük üstünlüyə baxmayaraq, Eddi Haunun heyət seçimi hələ də məhduddur. Komandanın əsas sütunları sayılan bir neçə ulduz- Luis Mayli, Tino Livramento, Bruno Gimarayş və Fabian Şer zədə səbəbindən cavab oynunu buraxmalı olacaqlar.

Gərgin oyun qrafiki və Bakıdakı böyük hesablı qələbə Eddi Hauya gənc istedadları sınamaq şansı verir. Bakıda debüt edən Şon Niv ilə yanaşı, Leo Şahar, Aleks Mörfi və Park Sunq-su kimi gənclərin sabah “Sent-Ceyms Park”da azarkeşlər önünə çıxması gözlənilir.

Paylaş:

Xəbər Lenti

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39