İngiltərə Premyer Liqasının təmsilçisi «Nyukasl»ın yeni baş məşqçisi müəyyənləşib. Klubun rəsmi açıqlamasına əsasən, komandanın sükanı alman mütəxəssis Mattias Yayssliyə tapşırılıb.
38 yaşlı çalışdırıcı bu postda iyulun 31-də istefa verən Eddi Haunu əvəzləyib.
Mattias Yayssle son illərdəki uğurlu məşqçilik karyerası ilə diqqət çəkir. Gənc mütəxəssis Səudiyyə Ərəbistanının «Əl-Əhli» (Ciddə) klubu ilə iki dəfə Asiya Çempionlar Liqasının və bir dəfə ölkə kubokunun qalibi olub. O, Ciddə təmsilçisində Premyer Liqanın sabiq ulduzları – İvan Touni və Riyad Mahrez kimi tanınmış simalarla birgə çalışıb.
Alman məşqçinin Avropa təcrübəsi isə «Zaltsburq»la bağlıdır. Yayssle Avstriya klubuna iki dəfə ölkə çempionluğu və bir dəfə Avstriya Kubokunu qazandırıb.
Xatırladaq ki, sabiq baş məşqçi Eddi Hau 2021-ci ilin noyabrından «Nyukasl»a rəhbərlik edirdi. İngiltərəli mütəxəssis 2025-ci ildə komandaya İngiltərə Liqa Kubokunu qazandıraraq klubun 70 illik titulsüzlük həsrətinə son qoymaqla tarixə düşmüşdü.
Ümumilikdə, Hau «ağ-qaralar»ın başında 231 rəsmi matça çıxıb. “Sağsağanlar” bu oynların 116-da qələbə qazanıb, 43-də heç-heçə edib və 72-də uduzub.