“Nyukasl”da baş məşqçi dəyişikliyi: Hau gedir, Yaysle gəlir

30.07.26 | 17:59
Dünya futbolu

İngiltərənin “Nyukasl Yunayted” klubunda baş məşqçi dəyişikliyi gözlənilir. The Guardian nəşrinin məlumatına görə, Eddi Hau təxminən beş illik fəaliyyətindən sonra komandadan ayrılmağa qərar verib.

Mənbənin iddiasına əsasən, 48 yaşlı mütəxəssis gərgin iş qrafikindən sonra futboldan qısa fasilə götürmək niyyətindədir. Hau bu müddətdə “Nyukasl”ı 2025-ci ildə Liqa Kubokunun qalibi edib, həmçinin komandaya iki dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazandırıb.

Maraqlıdır ki, Hau cəmi bir gün əvvəl “Bristol”la yoxlama oyunundakı 1:4 hesablı məğlubiyyətdən sonra klubdakı gələcəyi ilə bağlı nikbin danışmışdı.

“Bu klubu sevirəm və bu heç vaxt dəyişməyəcək. İnanıram ki, hər mövsüm böyük uğurlar qazana bilərik”, – deyə o bildirmişdi.

Xəbərə görə, “Nyukasl” artıq Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun baş məşqçisi Matias Yaysle ilə danışıqlara başlayıb. Hər iki klubun eyni sahib – Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fonduna (PIF) məxsus olması mümkün keçidi asanlaşdıra bilər.

Ötən mövsüm Premyer Liqanı 12-ci pillədə başa vuran “Nyukasl” Entoni Qordon və Sandro Tonali kimi aparıcı futbolçularını da itirib. Bundan əlavə, Ross Uilsonun idman direktoru təyin olunmasından sonra Hau transfer siyasətinə əvvəlki kimi təsir göstərə bilmir.

Paylaş:

Xəbər Lenti

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31