UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Bakıda “Sabah”a 0:2 hesabı ilə məğlub olan Uelsin “Nyu-Sents” klubunun yarımmüdafiəçisi Daniel Uilyams qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Uels təmsilçisinin futbolçusu matçın gərgin keçdiyini və rəqibin gücünə bələd olduqlarını vurğulayıb: “Sabah”ın keyfiyyətli və güclü komanda olduğunu bilirdik. Meydanda oyun planımıza sadiq qalmağa çalışsaq da, qapımızda gördüyümüz iki qol bizi məyus etdi. Lakin hər şey bitməyib, qarşıda cavab görüşü var və mərhələ keçmək şanslarımızı hələ də qalır”.
Uilyams 0:2 hesablı yenilgiyə baxmayaraq, doğma azarkeşlər önündə revanş almaq əzmində olduqlarını diqqətə çatdırıb: “Təbii ki, ilk matçdan sonra “Sabah” üstün mövqedədir. Lakin futbol gözlənilməz sürprizlərlə doludur. Ümid edirəm ki, gələn həftə keçiriləcək cavab qarşılaşmasında vəziyyəti öz xeyrimizə dəyişə biləcəyik”.
Bu cütün cavab görüşü iyulun 14-də Uelsdə tutaşacaq.