Bu gün Bratislavada keçirilən mini-futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 00:00-da start götürəcək oyunun qalibi 1/4 finalda Çexiya – Monteneqro cütünün güclüsü ilə üz-üzə gələcək.
Xatırladaq ki, turnirin son çempionu (AVRO-2022) olan millimiz qrup mərhələsini uğurla başa vuraraq F qrupunu birinci pillədə tamamlayıb. Elşad Quliyevin yetirmələri qrupda Avstriyanı (1:0), İtaliyanı (3:0) və Fransanı (3:2) məğlub edərək maksimum nəticə göstəriblər.