Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46
Digər növlər

Polşanın Katovitse şəhərində keçirilən Avropa çempionatında gümüş medalla dönən şahmatçımız Nicat Abasov turnirdəki çıxışı və qazandığı nəticə ilə bağlı fikirlərini bölüşüb. Azərbaycan Şahmat Federasiyasına (AŞF) istinadən verilən məlumata görə, qrosmeyster həm şəxsi hədəfləri, həm də komanda yoldaşlarının çıxışı barədə danışıb.

Turnirə böyük iddia ilə yollandığını vurğulayan Abasov, son illərdəki çıxışını belə şərh edib: “Avropa çempionatına yollanmazdan əvvəl qarşıma maksimum məqsəd qoymuşdum. Son illər Dünya Kubokuna vəsiqə qazansam da, mükafatçılar sırasına düşə bilmirdim. Keçən il son tura qədər medal uğrunda mübarizə aparsam da, almaniyalı Mattias Blübaum ilə heç-heçə edərək kürsüdən kənarda qaldım. Bu dəfə isə əsas hədəfim mütləq medal qazanmaq idi”.

Qrosmeyster turnirin həlledici anlarını təhlil edərək, qızıl medalın bir addımlığında olduğunu qeyd edib: “Yarışın sonu bir qədər təəssüf doğurdu. Son turlarda liderlər qrupunda qərarlaşmışdım. Hesab edirəm ki, çempionluq şansını 10-cu turda əldən verdim. İspaniya təmsilçisini cəmi bir gedişlə məğlub etmək mümkün idi. 11-ci tur isə psixoloji baxımdan ən çətin mərhələ oldu, sanki final oyununa çıxmışdıq”.

Nicat Abasov fərdi nəticəsindən başqa, ümumi komanda uğurunu da yüksək qiymətləndirib. O, üç şahmatçımızın son tura qədər çempionluq şansını qorumasının qürurverici olduğunu bildirib: “Fəxri kürsüdə iki azərbaycanlı şahmatçının yer alması ölkəmizin böyük uğurudur. Məhəmməd Muradlı da medala layiq idi, o, yarışın ikinci hissəsini çox yüksək səviyyədə keçirdi. İnanıram ki, bu nəticə bizim üçün əlavə stimul olacaq və növbəti turnirlərdə daha böyük uğurlara imza atacağıq”.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41