Braziliyalı ulduz hücumçu Neymar “Santos”un heyətində növbəti dəfə zədələnib. 34 yaşlı futbolçunun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
“Globo Esporte”nin məlumatına görə, Neymarın sağ ayağının dördbbaşlı əzələsində ikinci dərəcəli cırılma aşkarlanıb. Bu səbəbdən forvardın 10-a yaxın oyunu buraxacağı ehtimal olunur.
Son üç ildə ardıcıl zədələrlə üzləşən Neymarın durumuna görə “Santos” rəhbərliyi futbolçunun bərpa prosesində tələsməmək və yalnız tam sağaldıqdan sonra meydana qayıtmağı məsləhət görüb. Təkrarlanan ayaq və diz zədələri səbəbindən Neymar bu il komandasının keçirdiyi cəmi 24 oyunda iştirak edə bilib.
Təcrübəli hücumçu sonuncu dəfə cümə axşamı Braziliya Kubokunun 1/4 final mərhələsində “Palmeyras”a qarşı keçirilən və qolsuz heç-heçə ilə başa çatan görüşdə meydana çıxıb. Neymar zədə səbəbindən ikinci hissədə oyunu davam etdirə bilməyib.
Karyerasında “Barselona” və PSJ kimi klubların formasını geyinən Neymar daha əvvəl Braziliya millisindəki çıxışını başa vurduğunu açıqlayıb. O, “sambaçılar”ın heyətində keçirdiyi 130 oyunda 80 qol vuraraq milli komandanın tarixində ən məhsuldar futbolçu adını daşıyır.