“Ağ-qaralar” basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyununu keçirib.
Kostas Vassiliadisin rəhbərlik etdiyi Bakı təmsilçisi səfərdə Estoniyanın “Parnu” komandası ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 73:61 (19:19, 21:17, 17:13, 16:12) hesablı qələbəsi ilə başa çatıb.
İlk qarşılaşmada Bakıda rəqibini 80:67 hesabı ilə məğlub edən “Neftçi” iki oyunun nəticəsinə görə 141:140 hesabı ilə üstün olub və turnirin əsas mərhələsinə vəsiqə qazanıb.
Bakı klubu əsas mərhələdə H qrupunda Rumıniyanın “Oradea”, İsveçrənin “Fribourg Olympic”, Latviyanın VEF, Yunanıstanın “Mykonos” və Bolqarıstanın “Lokomotiv” (Plovdiv) komandaları ilə mübarizə aparacaq.