“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulmaqla cari mövsümün son intriqasına da aydınlıq gəlib. Çempionatın başa çatmasına cəmi bir tur qalmış UEFA Konfrans Liqasına son vəsiqənin sahibi bəlli olub. Gərgin keçən tura damğa vuran “Neftçi” hədəfinə çatmağı bacarıb.

Avrokuboklar uğrunda həlledici xallar qazanmaq istəyən “Neftçi” artıq çempionluğunu rəsmiləşdirmiş “Sabah”ın qonağı olub. “Bank Respublika Arena”da keçirilən qarşılaşma olduqca dramatik süjet xətti ilə yadda qalıb.

Meydan sahiblərinin ilk hücumu qolla nəticələnib. Sürətli əks-hücumdan sonra Aleksey İsayev “Sabah”ı hesabda irəli çıxarıb. Lakin “ağ-qaralar”ın cavabı özünü çox gözlətməyib və tezliklə Andrey Ştoqrin tarazlığı bərpa edib. Matçın taleyini isə 70-ci dəqiqədə meydana sonradan daxil olan İfeanyi Metyu həll edib. Sonda “Sabah”ın futbolçusu Coy-Lens Mikkels birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoysa da, hesab dəyişməz qalıb. Səfərdən 2:1 hesablı qələbə ilə dönən Yuri Vernidubun yetirmələri həm Konfrans Liqasına vəsiqəni vaxtından əvvəl rəsmiləşdirib, həm də “bayquşlar”la 10 oyunluq qələbəsizlik seriyasına son qoyublar.

Turun digər maraqlı qarşılaşması isə paytaxtda, Zirə İdman Kompleksinin stadionunda baş tutub. “Zirə” öz meydanında “Sumqayıt”ı sınağa çəkib.

Görüşün 19-cu dəqiqəsində Ruan Renato penalti zərbəsini dəqiq yerinə yetirərək meydan sahiblərini önə keçirib. “Kimyaçılar” ilk hissənin son saniyələrində Aleksandr Ramalinqomun qolu ilə cavab versələr də, xal qazanmağa gücləri çatmayıb. Matçın əsas vaxtına əlavə olunmuş 8-ci dəqiqədə təyin olunan ikinci penaltini də qola çevirən Ruan Renato “Zirə”yə 2:1 hesablı dramatik qələbə qazandırıb.

SABAH – NEFTÇİ 1:2 (1:1)

Qollar: İsayev, 3 (1:0), Ştoqrin, 9 (1:1), Metyu, 70 (1:2)

Baş hakim: Kamal Umudlu.

Sabah: Nicat Mehbalıyev, Tellur Mütəllimov, Aleksey İsayev, Amin Seydiyev (k), Rəhman Daşdəmirov, Abdulla Xaybulayev, Xəyal Əliyev, Kahim Pərris (Cessi Sekidika, 57), Zinedin Uld-Xaled (Umarali Raxmonaliyev, 57), Orfi Mbina (Coy-Lens Mikkels, 58), Andrey Santos.

Neftçi: Emil Balayev, Emin Mahmudov (k) (İfeanyi Metyu, 65), Elvin Bədəlov, Emil Səfərov, Falaye Sako, Sessi D’Almeyda, Mustafa Sek, İqor Ribeyro, Andrey Ştoqrin, İmad Faraj, Freddi Varqas (Breno Almeyda, 64).

Sarı vərəq: Səfərov, 45.

Qırmızı vərəqə: Mikkels, 84 (birbaşa).

ZİRƏ – SUMQAYIT 2:1 (1:1)

Qollar: Renato, 19 pen. (1:0), 90+8-pen. (2:1), Ramalinqom, 45 (1:1)

Baş hakim: Cavid Cəlilov.

Zirə: Tiaqo Silva, Anatoli Nuriyev (Brahim Konate, 66), Qismət Alıyev (k), İsmayıl İbrahimli, Elçin Əlicanov (Ayron Qomis, 66), Ruan Renato, Giorgi Papunaşvili, Rikardo Martins, Anje Mutsinzi, Junior Martins (Davit Volkov, 66), Eren Aydın.

Sumqayıt: Xəyal Fərzullayev (k), Rüstəm Əhmədzadə, Emil Mustafayev (Sedrik Badolo, 79), Nihat Əhmədzadə, Kənan Feyziyev (Aleksandr Ramalinqom, 32), Vüsal Paşayev, Nikola Ninkoviç, Danilo Beskorovaynı, Ronaldo Vaskes, Nsana Simon, Aleksa Yankoviç.Sarı vərəqələr: Əlicanov, 35. Əhmədzadə, 60.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07