“Neftçi” Azərbaycan çempionatlarının yüksək liqasında səfər qollarının sayını 700-ü keçib.
Peşəkar Futbol Liqasının məlumatına görə, yubiley göstəricisi Premyer Liqanın VIII turunda qeydə alınıb. “Qarabağ”la 3:3 hesablı heç-heçə ilə başa çatan görüşdə “Neftçi”nin ikinci qolunu vuran Qustavo Klisman komandanın 700-cü səfər qolunun müəllifi olub.
Bununla belə, bakılılar rəqib meydanlarında keçirdikləri 496 oyunda ümumilikdə 701 qol vurublar. “Neftçi” bu göstəriciyə görə yalnız “Qarabağ”dan geri qalır.
“Ağ-qaralar” Azərbaycan çempionatlarında səfərdə ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin qarşılaşma “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.