Ankarada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə açıqlama verən Belçikanın Baş naziri Bart de Vever ABŞ prezidenti Donald Trampla mümkün görüşündə futbol üzrə mundialdan və ABŞ millisinin məğlubiyyəti barədə danışmaq niyyətində olmadığını bildirib.
Hazırda NATO sammitində pərdəarxası əsas müzakirə mövzularından birinin Dünya Çempionatı olduğunu qeyd edən De Vever, Belçikanın 1/16 finalda ABŞ-ni 4:1 hesabı ilə darmadağın etməsindən sonra çoxlu təbriklər aldığını vurğulayıb.
Xatırladaq ki, sözügedən qarşılaşma hələ start fitindən əvvəl böyük qalmaqalla yadda qalmışdı. Donald Trampın və FİFA-nın müdaxiləsindən sonra ali futbol qurumu qırmızı vərəqə alan Folarin Baloqanın cəzasını ləğv edərək onun matçda iştirakına şərait yaratmışdı. Mütəxəssislər bu addımı biabırçılıq və biabırçı presedent kimi qiymətləndirmişdilər.
Belçikalı Baş nazirin Trampla təmasda futbol mövzusundan yayınmaq istəməsi təsadüfi deyil. De Wever zarafatla bildirib ki, ABŞ prezidenti xoşuna gəlməyən məqamlara bəzən kəskin reaksiyalar verməsilə tanınır:“Özüm bu barədə söhbət açmaq niyyətində deyiləm. Amma əgər o nəyisə dile gətirsə, vəziyyətə görə reaksiya verəcəyəm”.