Mudrikdən gözlənilməz addım: Ukrayna Futbol Federasiyası məhkəməyə verildi

09.04.26 | 07:21
Dünya futbolu

“Çelsi”nin 70 milyon avroluq transferi, ukraynalı vinger Mixail Mudrik yenidən gündəmə gəlib. Lakin bu dəfə söhbət onun meydandakı performansından deyil, həm hüquqi müstəvidəki mübarizəsindən, həm də keçmişdəki qalmaqallı çıxışlarından gedir.

Xatırladaq ki, 2024-cü ilin dekabrında 25 yaşlı futbolçunun dopinq testi müsbət nəticələnmiş və onun orqanizmində qadağan olunmuş meldonium maddəsi aşkar edilmişdi. İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən dərhal diskvalifikasiya edilən və 4 ilə qədər futboldan uzaqlaşdırılma riski ilə üzləşən Mudrik, nəhayət, susqunluğunu pozub.

Ulduz futbolçu özünü təmizə çıxarmaq üçün radikal bir addım ataraq Ukrayna Futbol Federasiyasını məhkəməyə verib. Mudrikin iddiasına görə, baş verənlərdə əsas günahkar Ukrayna millisinin fizioterapevti İqor Porobıdır. İddia olunur ki, qadağan olunmuş maddə vingerin orqanizminə milli komandanın təlim-məşq toplanışı zamanı, heyvan kök hüceyrələrinin inyeksiyası vasitəsilə daxil olub.

Mudrikin adı təkcə dopinqlə deyil, həm də beynəlxalq münasibətlərdə gərginlik yaradan açıqlamaları ilə yadda qalıb. 2025-ci ilin fevralında o, polşalı azarkeşlərə qarşı işlətdiyi təhqiramiz ifadələrlə böyük bir qalmaqalın mərkəzinə düşmüşdü.

Futbolçu onlayn oyun platformalarından birində Polşa tarixinə və “Volın qırğını” hadisələrinə toxunaraq: “Növbəti xəritədə sizə Volını yaşadacağıq”, “Siz Volını heç vaxt unutmayacaqsınız, dilənçilər” kimi ifadələr işlətməklə kütləvi etirazlara səbəb olmuşdu.

Bu insidentdən sonrakı müsahibəsində Mudrik geri addım atmayaraq, davranışını bu cür əsaslandırmışdı: “Polşalılar özləri təxribatlara əl atmağı bacarsalar da, onlara real tarixi xatırladanda nədənsə çox qıcıqlanırlar”.

Hazırda dünya futbol ictimaiyyəti Mudrikin həm məhkəmə prosesinin nəticəsini, həm də bu qədər ağır ittihamlar və qalmaqallar fonunda karyerasını necə xilas edəcəyini maraqla gözləyir.

Paylaş:

Xəbər Lenti

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58