Möhtəşəm rekord və vaxtından əvvəl çempionluq

20.04.26 | 07:46
Dünya futbolu

Artıq rəsmidir! Aprelin 19-u, bazar günü “Bavariya” mövsümün bitməsinə dörd tur qalmış ən yaxın izləyicisi ilə xal fərqini əlçatmaz edərək 2025/26 mövsümünün Almaniya çempionu adını qazandı. Münhen təmsilçisi bu uğura sadəcə xal qazanmaqla deyil, möhtəşəm bir oyuna və inanılmaz bir rekorda imza ataraq çatdı. Budur, həlledici günün detalları!

Matçın 52-ci dəqiqəsində Harri Keyn adını tabloya yazdıraraq üstünlüyü möhkəmləndirdi. Qonaqların yeganə cavab qolu isə 88-ci dəqiqədə gəldi – Xema Andresin dəqiq zərbəsi “Ştutqart” üçün sadəcə təsəlliverici top oldu.

Şənbə günü Dortmund “Borussiya”sının “Hoffenhaym”a məğlubiyyəti “Bavariya”nın işini asanlaşdırmışdı – çempionluğu sona 4 tur qalmış rəsmiləşdirmək üçün münhenlilərə cəmi 1 xal kifayət edirdi. Lakin Kompaninin yetirmələri azarkeşlərini maksimum nəticə ilə sevindirərək 3 xal qazandılar. Beləliklə, xal fərqini 15-ə çatdıran “Bavariya” Bundesliqa çempionluğunu möhtəşəm şəkildə elan etdi.

Baş məşqçi Vensan Kompani komandanı inanılmaz dərəcədə effektiv və məhsuldar bir futbol maşınına çevirib. “Bayern & Germany” nəşrinin məlumatına görə, Alfonso Devisin vurduğu qol “Bavariya”nın bu mövsüm bütün turnirlərdəki 160-cı qolu kimi tarixə düşüb. Beləliklə, münhenlilər klubun 6 il əvvəlki məhsuldarlıq rekordunu yeniləməyi bacarıblar.

Klubun əzici üstünlüyü statistikada da özünü qabarıq göstərir. Bundesliqada +80 top fərqinə malik olan “Bavariya”, bu göstəricidə ən yaxın izləyicisi “Borussiya”nı (Dortmund) düz 50 top qabaqlayır (+30).

Bavariyalılar üçün mövsüm hələ bitməyib, onları qarşıda Çempionlar Liqası həyəcanı gözləyir. “Real” səddini keçən “Bavariya”, indi yarımfinalda PSJ ilə üz-üzə gələcək. Klubun daxili arenadakı “qızıl dubl” hədəfi də aktuallığını qoruyur. “Bavariya” aprelin 22-də Almaniya Kubokunun yarımfinalında Leverkuzen “Bayer”i ilə üz-üzə gələcək.

Paylaş:

Xəbər Lenti

Tiranada üç güləşçimiz finalın bir addımlığında!

21.04.26 | 17:47

Sinxron üzgüçülük üzrə milliyə yeni baş məşqçi gətirildi

21.04.26 | 15:04

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49

“Siti”dən möhtəşəm qələbə: Çempionluq yarışı yenidən başlayır!

20.04.26 | 07:52

Möhtəşəm rekord və vaxtından əvvəl çempionluq

20.04.26 | 07:46

Saşa İliç: “Qələbə vacib idi, amma oyundan narazıyam”

19.04.26 | 23:57

Kaxaber Tsxadadze: “Boş qapıya qol vura bilmiriksə, qalib gəlmək mümkün deyil”

19.04.26 | 23:12