Misirin baş məşqçisi əlbəyaxa davada huşunu itirdi: Qalmaqal boşanma ilə nəticələndi

20.08.26 | 00:50
Dünya futbolu

Misir yığmasının baş məşqçisi Hossam Hassan çətin vəziyyətə düşüb. “Sky News Arabia”nın məlumatına görə, təcrübəli mütəxəssis lüks otellərin birində iki həyat yoldaşı arasında düşən davanı ayırmaq istəyərkən huşunu itirib. Qalmaqallı hadisədən sonra Hassan birinci həyat yoldaşı ilə yollarını ayırmaq qərarına gəlib.

Dünya çempionatından sonra Misirin İsgəndəriyyə şəhəri yaxınlığındakı kurortların birində istirahət edən 59 yaşlı baş məşqçinin tətili heç də sakit keçməyib. Onun qaldığı otelin barında iki həyat yoldaşı arasında başlayan mübahisə tezliklə əlbəyaxa davaya çevrilib. Hossam Hassan və bəzi qohumları münaqişəyə müdaxilə edərək tərəfləri ayırmağa çalışsalar da, yaranmış gərginlik mütəxəssis üçün həddindən artıq ağır olub. Nəticədə, baş məşqçi otelin barındaca huşunu itirərək yerə yıxılıb.

Davadan sonra qadınların hər ikisinin bədənində göyərmə və kəsik izlərinin olduğu bildirilir. Hassanın vəkilləri isə onun qəfil halının pisləşməsinin səhhətindəki ciddi problemlərlə deyil, yalnız həddindən artıq streslə bağlı olduğunu vurğulayıblar.

Bu insidentdən sonra baş məşqçi birinci həyat yoldaşı Huvayda Əl-Qarbaovidən rəsmən boşanıb. O, 2015-ci ildə evləndiyi (2022-ci ildə qısa müddətli ayrılıq istisna olmaqla) digər xanımı Dina “Dan Adam” Mustafa ilə isə evliliyini davam etdirir.

Mustafanın vəkili məsələyə belə münasibət bildirib: “Vəziyyətin boşanma həddinə çatmayacağına ümid edirdik, lakin hadisələr bu səviyyəyə qədər böyüdü”.

Hassanla 30 ildən çox davam edən evlilikdən 4 övladı olan Əl-Qarbaovi isə uzun sükutunu pozaraq təmkinli bir açıqlama verib: “Hossamla aramda olan 30 ildən artıq şəfqət və mərhəmətə, həmçinin bu gün həyatımın mənası olan dörd övladımıza olan hörmətimə görə, baş verənlər və ola biləcəklər barədə susmaq qərarındayam”.

Misir qanunvericiliyinə əsasən, kişilər eyni vaxtda dörd qadınla rəsmi nikahda ola bilərlər. Lakin bu halda ər, bütün həyat yoldaşlarını mənzil, maliyyə və həyat standartları baxımından bərabər şəkildə təmin etməyə qanunla borcludur. Xatırladaq ki, bu yay keçirilən mundialın 1/8 final mərhələsində Argentinaya məğlub olaraq turnirlə vidalaşan Misir millisində rəhbərlik Hossam Hassana güvənməyə davam edir. Belə ki, bu yaxınlarda mütəxəssisin milli komanda ilə olan müqaviləsi 2030-cu ilə qədər uzadılıb.

Paylaş:

Xəbər Lenti

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43