Millimiz AVRO-2028-in seçmə mərhələsinə sonuncu səbətdən başlayacaq

18.11.26 | 17:10
Dünya futbolu

AVRO-2028-in seçmə mərhələsinin püşkatması öncəsi səbətlərin tərkibi müəyyənləşib. Millimiz seçmə mərhələnin püşkatmasında 5-ci səbətdə yer alacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komandanın potensial rəqibləri arasında İspaniya, İngiltərə, Fransa, Almaniya, Portuqaliya və İtaliya kimi Avropanın aparıcı yığmaları da var.

Reqlamentə əsasən, Millətlər Liqasının A Liqasında qruplarını ilk üç pillədən birində başa vuran 12 komanda 1-ci səbətə düşüb. A Liqasının digər 4 iştirakçısı isə B Liqasında qruplarını ilk iki yerdə tamamlayan 8 yığma ilə birlikdə 2-ci səbətdə qərarlaşıb. Ümumilikdə 54 milli komandanın iştirak edəcəyi seçmə mərhələdə 12 qrup formalaşdırılacaq. Qrupların bir qismi 4, digərləri isə 5 komandadan ibarət olacaq.

Səbətlərin tərkibi:

1-ci səbət: İspaniya, İngiltərə, İtaliya, Almaniya, Portuqaliya, Fransa, Belçika, Niderland, Danimarka, Yunanıstan, Norveç, Xorvatiya.

2-ci səbət: Uels, Serbiya, Türkiyə, İsveçrə, İsveç, Avstriya, Macarıstan, Bosniya və Herseqovina, Şimali İrlandiya, Çexiya, Sloveniya, İrlandiya.

3-cü səbət: Ukrayna, Şotlandiya, Polşa, İsrail, Gürcüstan, Rumıniya, Şimali Makedoniya, Monteneqro, Slovakiya, Kosovo, Albaniya, İslandiya.

4-cü səbət: Kipr, Finlandiya, Moldova, Ermənistan, Bolqarıstan, Lüksemburq, Qazaxıstan, Latviya, Belarus, Estoniya, Farer adaları, San-Marino.

5-ci səbət: Malta, Azərbaycan, Litva, Andorra, Cəbəllütariq, Lixtenşteyn.

AVRO-2028-in seçmə mərhələsinin püşkatması dekabrın 6-da keçiriləcək. Təsnifat oyunları 2027-ci ilin mart-noyabr aylarını əhatə edəcək. Qrup qalibləri və ikinci yeri tutan komandalar arasında ən yaxşı nəticəyə malik 8 yığma birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Qalan 4 vəsiqənin sahibi isə cari mövsümün Millətlər Liqasının nəticələrinə əsasən təşkil olunacaq pley-off mərhələsində müəyyənləşəcək.

Paylaş:

Xəbər Lenti

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00