Dünya çempionatına fırtına kimi başlayan son çempion Argentina, qrup mərhələsinin ilk oyununda Əlcəzairi 3:0 hesabı ilə darmadağın etdi. Matçda het-trik edərək dünya çempionatları tarixinə adını qızıl hərflərlə yazdıran kapitan Lionel Messi, final fitindən dərhal sonra göz yaşlarını saxlaya bilməyib. “İnter Mayami” ulduzunun bu emosional reaksiyasının idmanla əlaqəsinin olmadığı tezliklə bəlli olub.
Argentinanın “Radio Mitre” radiosuna danışan tanınmış jurnalist Eduardo Faynmann, Messinin ağlamasının əsl səbəbini açıqlayıb: “Bunun idmanla heç bir əlaqəsi yoxdur, hər şey atası ilə bağlıdır. Xorxe Messinin səhhəti keçən ildən bəri yaxşı deyil. Bu həftə isə vəziyyəti bir az da ağırlaşıb. Leo hazırda daxili bir savaş yaşayır. Belə bir vəziyyətdə olan hər bir övlad kimi o da çox narahatdır”.Messinin meneceri olan 68 yaşlı atasının səhhətindəki problemlər artıq bir neçə aydır ki, davam edir. Bu ilin əvvəlində onun kompleks müayinə üçün xəstəxanaya yerləşdirilməsi planlaşdırılsa da, dəqiq diaqnoz hələ də ictimaiyyətə açıqlanmayıb. Meydanda tarix yazan dünya ulduzunun ailəsində yaşanan bu dram, onun matçdan sonrakı emosiyalarını tamamilə