Argentinanın favorit sayıldığı bu oyunda Avstriya heç də pis təsir bağışlamırdı. 9-cu dəqiqədə Messi penatinin qaçırdıqdan sonra da avstriyalılar bərabər mübarizə aparır, bəzi epizodlarda hətta daha yaxşı təsit bağışlayırdılar. Çeviklik, fiziki güc sayəsində Ralf Ranqnikin yetirmələri Messini də bağlamışdılar. Lakin argentinalı ulduz bunun mümkünsüz olduğunu sübut etdi və sürətli hücum zamanı ikinci eşalonda qalaraq dəqiq zərbə endirməklə Dünya Çempionatları tarixində 17-ci qolunu vuraraq Miroslav Klozeni arxada qoydu və təkbaşına qol kralı adına sahib çıxdı. Avsrtriya fəallığı artıraraq fasiləyə qədər vəziyyəti düzəltməyə çalışdı. Amma Argentina topa nəzarət edərək rəqibin bu cəhdinin qarşısını aldı.
İkinci hissə Argentinanın üstünlüyü ilə keçdi. Topa nəzarət edən Lionel Skaloninin komandası təhlükəli vəziyyət yarada biıməsə də, Avstriyanı öz qapısından uzaqlaşdırmağı bacarmışdı. Bu müddətdə Emiliano Martines yalnız bir dəfə ciddi şəkildə oyuna qoşuldu və Zabitserin cərimə zərbəsindən vurduğu zərbəni tullanışla dəf etdi. Bundan sonra da ssenari dəyişmədi. Argentinalılar daha üstün oynadılar və son saniyələrdə Avstriyanın irəli getmısindən istifadə edərək daha bir qol vurdu. Qolun müəllifi yenə Messi oldu. İki gün sonra 39 yaşını qeyd edəcək Messi mundialda komandasının bütün 5 qolunun müəllifidit.
Dünya Kuboku, J qrupu, 2-ci tur
Argentina – Avstriya 2:0
Dallas. “AT&T” stadionu.
Hakim: Amin Omar (Misir).
Argentina: E. Martines, Molina, Romero (Otamendi, 58), Lisandro Martines, Medina (Talyafiko, 82), De Paul (Paeedes, 82), Makallister, Entso Fernandes, Almada (Xulian Alvares, 64), Messi, Lautaro Martines (N. Qonsales, 64).
Avstriya: A. Şlager, Poş (Prass, 68), Danso, Alaba (Fredl, 67), Laymer, Zayvald, K. Şlager, Şmid (Vimmer, 78), Vanner (Arnautoviç, 68), Zabitzer, Qreqoriç (Çukvuemeka, 85).
Qollar: Messi, 38; 90+5.
9-cu dəqiqədə Messi penaltini qaçırdı (qapıdan aralı).
Sarı vərəqələr: Poş, 40. Medina, 76. Laymer, 76. Paredes, 90+1.