Messi gələcək planlarından danışdı: Məşqçi yox, klub sahibi olmaq istəyir

08.01.26 | 09:59
Dünya futbolu

Hazırda MLS-in “İnter Mayami” klubunda çıxış edən 38 yaşlı argentinalı ulduz Lionel Messi karyerasını bitirdikdən sonra məşqçiliklə məşğul olmaq niyyətində olmadığını, bunun əvəzinə klub sahibi olmağa üstünlük verdiyini bildirib.

Argentinanın “LUZU TV” kanalına müsahibə verən Messi ilk dəfə gələcək planlarını bu qədər açıq bölüşüb. O, məşqçilik fəaliyyətinin ona uyğun olmadığını qeyd edərək deyib: “Düzünü desəm, özümü məşqçi kimi görmürəm. Məşqçi olmaq ideyası maraqlı gəlsə də, əgər seçim etməli olsam, mən klub sahibi olmağı üstün tutaram”.

Futbolçu öz klubunu qurmaq və inkişaf etdirmək arzusundan bəhs edərkən bu sahənin onu daha çox cəlb etdiyini vurğulayıb:”Öz klubuna sahib olmaq, onu sıfırdan qurub inkişaf etdirmək, gənc oyunçulara və digər insanlara özlərini göstərmək, vacib uğurlar qazanmaq imkanı yaratmaq – məni ən çox cəlb edən budur”.

Müsahibə zamanı Messi şəxsi vərdişləri ilə bağlı maraqlı bir detala da toxunub. O, bəzən özünə bir qədəh şərab içməyə icazə verdiyini və bunu çox sadə bir üsulla etdiyini etiraf edib:“Şərabı sevirəm. Amma bəzən onu “Sprite” ilə qarışdırıram. Bu, mənim sadə seçimimdir. Belə olanda daha tez təsir edir”.

Paylaş:

Xəbər Lenti

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31